Qənirə Paşayeva Tovuzda hərbçilərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iyunun 26-da Tovuzda “N” saylı hərbi hissədə qulluq edən əsgər və zabitlərlə görüşərək onları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, Qənirə Paşayeva Milli Ordumuzun yaranma tarixindən, şanlı səhifələrdən söz açıb, 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi dünya azərbaycanlılarının, bütün türk dünyasının qürur mənbəyi kimi dəyərləndirib. "Azərbaycan Ordusu əcdadımızın hərbi ənənələrini davam və inkişaf etdirərək, günümüzdə dünyanın güclü orduları sırasında özünəməxsus mövqeyə sahibdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 2020-ci ildə düşmənə qalib gələrək tarix yazdı. Fədakar əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına, şəhidlərimizin canı bahasına bütün dünya Azərbaycanın gücünü gördü, ədalət zəfər çaldı. Şanlı Ordumuzla qürur duyuruq!”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Q.Paşayeva bildirib ki, Qərbin aparıcı mətbu orqanlarında, habelə ABŞ-ın “Milli Müharibə” Kollecinin və “Seton Hall” Universitetinin “Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi”nin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. Onlar belə qənaətə gəliblər ki, hətta dünyanın ən aparıcı ölkəsi belə torpaq uğrunda mübarizə aparan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməzdi. 44 günlük müharibədə tətbiq edilən döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və uyğun ali hərb məktəblərinin proqramlarına, dərsliklərinə salınır. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsinin vacibliyini vurğulayır.

Komitə sədri sonda şəhidlərimizə Tanrıdan rəhmət, yaralı qazilərimizə şəfalar diləyib, əsgərlərimizə Vətənin keşiyində ayıq-sayıq durmağı tövsiyə edib.

Tədbirin sonunda Tovuz rayonunun musiqi kollektivi hərbiçilər qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.
Qənirə Paşayeva Tovuzda hərbçilərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Qənirə Paşayeva Tovuzda hərbçilərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Qənirə Paşayeva Tovuzda hərbçilərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Qənirə Paşayeva Tovuzda hərbçilərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Son xəbərlər

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31