Xəbərlər
19.06.2022, 22:27
Karateçilərimiz Avropa çempionatında 5 medal qazanıblar
Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandası qitə yarışında 3 qızıl, 2 bürünc medal qazanıb. Belə ki, qızıl medalları komandamızın aktivinə gənclər arasında Vahid Həsənov (+76 kg), Hüseyn Məmmədli (67 kq), yeniyetmələrin yarışında Əzim Rahib (+70 kg) yazdırıblar. Yeniyetmələr arasında mübarizə aparan komandanın digər üzvləri Aslan Dostuyev (57 kq), Fatimə Məmmədova (47 kg) isə qitə çempionatında üçüncü yerləri tutublar.
Yarışda 48 ölkədən 1064 idmançı iştirak edib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay