Heydər Əliyev Sarayında Xalq artisti Elza İbrahimovanın mahnıları səsləndirilib
İyunun 7-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramı təqdim edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsertin əvvəlində Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov Elza İbrahimovanın sənət dünyasından danışıb. Bildirilib ki, duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr Xalq artisti Elza İbrahimovanı unutdurmağa qoymur. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açmaqla həmkarlarının qibtə etdikləri səviyyəyə ucalıb, ifaçıların rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü dinləyicilərin məhəbbətini qazanıb, onlarda musiqinin bu və ya digər janrına maraq oyadıb. Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Elza İbrahimova mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə başa vurub.

Ramil Qasımov deyib: “Müstəqil Azərbaycanımızı vəsf edən bir neçə mahnı var və elə bugünkü gecənin adı olan "Nəğmə dolu bir ürəyəm ey Vətən" mahnısı da Azərbaycanımıza həsr olunan ən gözəl musiqi əsərlərindəndir. Çox sevindirici haldır ki, bu gün Elza İbrahimova sənəti dövlətimiz tərəfindən xüsusi qayğı və diqqətlə əhatə olunub”.

Sonra müğənni İlhamə Qasımovanın ifasında bəstəkarın “Ey Vətən” mahnısı səslənib.

Gecədə bir-birinin ardınca Elza İbrahimovanın unudulmaz nəğmələrini Xalq artistləri İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Elton Hüseynəliyev, Lalə Məmmədova, Vasif Məhərrəmli, Rəşad İlyasov, Gülüstan Əliyeva, Aqşin Abdullayev, Almaz Orucova, Teymur Əmrah, istedadlı müğənnilər Zamiq Hüseynov, Arzu Əliyeva, Aytən Məhərrəmova, Samir Piriyev, Samirə Əliyeva, Nicat Cəfərzadə, Türkay Məlikova, Cavad Sultanov, Zabitə Əliyeva, Rəvanə Qurbanova, Ayşən Mehdiyeva Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” ansamblının müşayiəti ilə ifa ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Son xəbərlər

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

Portuqaliyada üzü tam qapayan geyimlər qadağan edildi

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Sevinc Yunuslu : Uzağı şeir yazmağı tərgidərəm sənə görə.. - FOTO

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır

Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı və... - DƏHŞƏTLİ FACİƏ

Uşaqları olacağı xəbərini belə elan etdi - FOTO

Qobustan rayonu Ərəbşalbaş kəndində yeni çəkilmiş daxili yollara baxış keçirmişdir - FOTOLAR

Şəki Xan sarayı haqqında düşüncələrim

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31