Ramil Orucov: Dünya milli birliyimizin bir daha şahidi oldu
Ölkəmizin Prezidenti İlham Əliyevin göstərişi ilə Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının məhz Şuşada, türk dünyasının mədəniyyət paytaxtında, qələbə rəmzində keçirilməsi təsadüfi deyil. Müasir tariximizin qürur və şərəf dolu qəhrəmanlıq salnaməsini yazan Azərbaycan xalqı 2020-ci il noyabrın 8-dən bu yana olan hər gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Şuşa, biz səni dirçəldəcəyik” nidalarına köklənib. O tarixdən etibarən Qalib xalqımız 30 illik həsrətdən sonra yurda qayıdışın sevincini yaşayır. Məhz bunun üçün Dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın qazandığı tarixi zəfərin simvolu sayılan Şuşada keçirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov deyib.

O bildirib ki, dünya Azərbaycanlıları bir daha nümayiş etdirdilər ki, dünyanın harasında yaşamalarından asılı olmayaraq öz Vətənlərinə bağlıdırlar. Müstəqil Azərbaycan bütün Azərbaycanlıların Vətənidir. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün və dünya Azərbaycanlılarının möhkəm həmrəyliyinin təzahürüdür.

Qeyd edilib ki, 44 günlük Vətən Müharibəsində bizi Qələbəyə aparan əsas amillərdən birinin də milli birliyimiz, sarsılmazlığımız, xalqın vahid bir rəhbərə etimad göstərməsi, haqqı, ədaləti bərpa etmək arzusu olub: “Qəhrəman Azərbaycan xalqı Qələbə çaldı, bütün dünyaya sübut etdi ki, Qarabağ – Azərbaycandır! Bir daha təsdiq edildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixin qızıl dövrünü yaşayır. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət nəticəsində Şuşa dünya Azərbaycanılarının Zəfər Qurultayına ev sahibliyi edir. Hələ neçə-neçə beynəlxalq tədbirlərin də keçirildiyi məkan Şuşa olacaq”.

YAP Gəncə şəhər təşkilatının sədri bildirib ki, dövlətimizin başçısı Qurultayda öz nitqində bir çox məsələlərə toxundu və dünya azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı, haqlı olaraq Azərbaycan xalqının heç zaman bu işğalla barışmadığını vurğuladı: “Yeni reallıqları, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda xaricdə yaşayan Azərbaycanlıların, diaspor təşkilatlarının üzərinə daha böyük məsuliyətlər düşür. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Onlar yaşadıqları ölkələrin ictimaiyyətini daha ətraflı maarifləndirmək imkanına malikdirlər. Qarşıya qoyulan əsas hədəf də tarixi Zəfərin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi 44 günlük Vətən müharibəsinin nəinki regionda, eyni zamanda, dünyada yeni reallıqların başlanğıc nöqtəsi oldu. Bu şərəfli tarixin davamı olan Azərbaycan mədəniyyətinin incisi olan Şuşada reallaşan tarixi qurultay soydaşlarımızın yaşadıqları ölkələrdə fəaliyyətlərini daha əzmlə davam etdirmələrinə təkan verəcək”.

Son xəbərlər

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31