Daha bir ana itirdik, İtirdiklərimizin dərdlərini ürəyimizdə bitirdik
Daha bir ana itirdik
İtirdiklərimizin dərdlərini ürəyimizdə bitirdik

Səmayə Əmiraslan qızı Mehtiyeva itkin oğul ağrısına tablaşmadı
Bu ana haqqında ilk yazım deyil, ömür imkan versə, son da olmayacaq. Lakin yazdıqlarım hələ yazmadıqlarımdan çox olmasa da, az da deyil. Amma fikrimdə yumaq kimi sarıdığım dolaşıq kələfin ucunu itirmişəm, 3-4 gün bundan öncə. Aldığım bu acı xəbərdən sarsılsam da, son səfəsinə çata bilmədiyim Səmaya xalanın mənə son baxışlarında nələr söyləmək istədiyini unutmayacağam. Bəlkə həsrətlə 28 il yolunu gözlədiyi oğul balası, itkin Mirzəlisi qayıtdı, onda onun üçün danışacaqdım bu qara nağılı...

Bu məqaləni Novruz bayramı günlərində qələmə almışdım, bir az fərqli-üç ananın eyni taleyi yaşadıqlar üçün. İndi onlardan biri yoxdu, olmayacaq. Nağılımın sonluğunu dinləməyəcək, qəhərlənib deməyəcək: “...mənim balam şəhid deyil, itkindi, amandı, onu şəhid kimi yazma...”
Onlar, əslində, üç deyillər...
Rəmzi olaraq üçünü seçdik - “atalar üçə kimi deyib”. Ataların müdrik kəlamlarına pənah gətirən elə analarımız, bacılarımız, xala-bibilərimiz var ki, il boyu ailənin qayğılarını zərif çiyinlərində daşıyırlar.
Rəmzi seçdiyimiz üç qadından biri Kəlbəcər rayonunun Barmaq Binə kəndində 1938-cı ildə dünyaya göz açan, uşaqlıq və gənclik illərini yazda, yayda yaylaqda, qışda isə oylaqda keçirən Səmayə nənədir ki, ömür-gün yoldaşı Yəhya Mehtiyevlə böyük bir külfət saxlayıb.
Doğulduğu və gözəl növraqlı günlər keçirdiyi, ömür sürdüyü kənd Kəlbəcərlə Göyçə mahalının arasında sərhəd idi. Ermənilər kəndə dəfələrlə basqın etsə də, oğlanları Mirzəli və məktəbyaşlı Seyfəli də atalarına qoşularaq, düşmən qarşısına çıxıb, 5 il mühasirədə qalan kəndi qoruyublar.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində müvəqqəti sığınacaq tapan, Kəlbəcərin işğal edildiyi 1993-cü ilin mart-aprel günlərini xatirələrində, hələ də qurumayan göz yaşlarında saxlayan, fikrini yumaq kimi sarıyan Səmayə nənəyə Novruz bayramı günlərində baş çəkdik.
Nitqində xəstəliklə bağlı qüsur yaranan, Kəlbəcərinin işğaldan azad edildiyini eşidəndə “Mirzəlimin də qapısını aç, Allahım!”-deyə əllərini uca göylərə qaldırıb dilək diləyən ananın gözləri itkin oğlundan bir soraq almaq üçün hələ də yollara dikilidir. Lakin ata yurdunun azad edilməsi, orada doğmaların tonqal yandırması Səmayə nənənin sinə yarasına sanki məlhəm olub: “...Vallah, inanırdım ki, Qarabağımız, doğulduğum kənd qaytarılacaq, düşməndən alınacaq. Həm də,unutmaq günah olar: 30 ilə yaxındır dövlətimiz, hökumətimiz bizi qaçqın-köşkün kimi hər qayğımızı çəkib. Qəsəbələr salıb, evlər tikib...
Daha bir ana itirdik, İtirdiklərimizin dərdlərini ürəyimizdə bitirdik

Səmayə ana da dözmədi...

Bu gün, 21 aprel 2022-ci il tarixində “üç mərasimi” idi, Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində. Bu gün kəlbəcərlilər, xüsusən də Kəlbəcərin Dalqılınclı, Otaqlı, Barmaqbinə, Dərəqışlaq, Əmrallar kəndlərinin yurd-yuvasızları yas yerinə axışmışdı, lap elə Kəlbəcərdəki kimi. Kəlbəcərlilərin, xüsusən də şəhid ailələrinin yaxşı tanıdığı Yəhya Mehti oğlunun balaları ana ayrılığının üçüncü gününü yaşayırdı. Təsəlliləri o idi ki, həyətlərinə el axışırdı.
...Amma ana ayrılığı balalar üçün dözülməz olur. Onu 2005-ci ildə yaşamışdım, bu gün bir daha dönmüşdüm o dəhşətli tarixə elə bil. Hara baxırdımsa gözləri yaşlı, sinəsi oğul-qız dağı görmüş, dərddən “əriyib çöpə dönmüş” bir ana gəlirdi gözlərim önünə. Qulaqlarıma da fəryad gəlirdi, amma səssiz...
Bu ailə yox, əslində, kəlbəcərlilər bir el ağbirçəyini itirdiyinin fərqindəydi. Ona görə də gücümüz yalnız Fənar, Zümrüd, Tamara, Qənirə bacılarına, Gəncəli və Seyfəli qardaşlarına, onların da balalarına ancaq “Allah səbr versin” deməyə çatırdı. Yeri behişt anamızın ruhu vaxtsız itirdiyi balalarının-Mirzəlisi ilə Qızbəstinin və bir də həyatı boyu xeyirxahlıqla məşğul olmuş, oğul itkisinə dözməyən, açılmayan qapıları döyə-döyə yorulub yollarda qalan ömür-gün yoldaşı Yəhya Mehti oğlunun ruhuna qovuşdu...
Allah rəhmət eləsin, doğmalarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik çıxırıq.

Məhəmməd Nərimanoğlu
Bakı, 21 aprel 2022-ci il

Son xəbərlər

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31