Ramazan ayının əzəmət və sevinci hədsizdir
Allah dərgahında rəhmət, bərəkət və məğfirəti ilə seçilən Ramazan ayının əzəmət və sevinci hədsizdir. Uca Allaha şükürlər olsun ki, Onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq Ramazani-Şərifin bayram səadətinə qovuşurlar. Allaha dualar edirik ki, bu bayram insanlar üçün səadət və xeyir-bərəkətlərə vəsilə olsun.
Builki Ramazan bayramı da Azərbaycan xalqı üçün illərlə arzusunda olduğu Zəfər əhval-ruhiyyəsi ilə özəldir. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə Vətən müharibəsində şanlı əsgərlərimizin şücaətləri, Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı rəşadətlə həyata keçirdiyi əməliyyatlar haqq işimizdə Qələbəni bizlərə nəsib etdi. Bu şanlı Zəfər yolunda şəhidlik məqamına yüksəlmiş qəhrəman övladlarımıza Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!
Şükürlər olsun ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidən azan səslənir. Azərbaycan xalqı bu Ramazanı işğaldan azad olunmuş ərazilərimizdə geniş quruculuq-bərpa işlərinin müjdəsindən duyduğu qürur və nikbinliklə, düşmən tərəfindən dağıdılmış, təhqir olunmuş məscidlərimizin dirçəldilməsi üçün görülən işlərin doğurduğu mənəvi fəxarət hissilə qarşılayır. Xalqımız əmindir ki, Qarabağ tezliklə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək, burada yenidən həyat canlanacaq, vətəndaşlarımız öz torpaqlarına qayıdacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev cənabları möhtərəm Mehriban xanımla birlikdə Zəngilan məscidinin bünövrəsini qoyduqları kimi, inşallah, bütün məscidlərimiz, dini məbədlərimiz bərpa olunacaq. Dövlət başçımızın Birinci vitse-prezidentlə bərabər Şuşa, Ağdam məscidlərini ziyarəti, Məkkədən gətirdikləri “Qurani-Kərim”i hədiyyə etmələri Allah Evinə ehtiram nümunəsi olmaqla yanaşı, həm də müqəddəs Kəbə Evinin daxilində Qarabağın azadlığı üçün edilən duaların qəbul olunmasının rəmzidir. Ağdam məscidini ziyarət edərkən biz, din xadimləri, dindarlar illərdir etdiyimiz duaların müstəcab olmasına, dövlət-xalq birliyi sayəsində Qarabağın azad olmasına, məbədlərimizin əsarətdən qurtulmasına, əzəli torpaqlarımızda dini-mənəvi irsimizə sahib çıxmağımıza görə Uca Allaha şükr-sənalar etdik. Bu, həm də İslam dünyasının uğuru, müsəlman aləminə fəxrdir”.
Allah-Təalanın Lütfü və Mərhəməti ilə Ramazan bayramına qovuşan xalqımız Vətənimiz, dünyanın salamatlığı, əmin-amanlığı üçün dualar edir. Uca Yaradanın rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində dünyada yayılan COVID-19 bəlasının və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxmasını, xəstələrin şəfa tapmasını diləyirik. Savab, məğfirət ayı olan Ramazan bəşər övladına səbir, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə valideynləri yad etmək və sevindirmək, qohum-əqrəbaya baş çəkmək, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərmək, küsülüləri barışdırmaq hər bir müsəlmanın borcudur.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi-qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm. Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun! Qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin!
Bir daha müstəqilliyimiz, dövlətçiliyimiz uğrunda canını fəda etmiş cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Uca Rəbbimiz müstəqilliyimizi əbədi, dövlətimizi, dövlət rəhbərimizi, xalqımızı hər zaman müzəffər qərar versin! Allah Azərbaycanı qorusun! AMİN!”

Cəmil ZƏBHULLAOĞLU
Ramazan ayının əzəmət və sevinci hədsizdir

Ramazan ayının əzəmət və sevinci hədsizdir
Ramazan ayının əzəmət və sevinci hədsizdir

Son xəbərlər

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31