Mərkəzi Bank və Türkiyə Maliyyə Ofisi arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, habelə innovativ maliyyə texnologiyalarından istifadə edərək bank xidmətlərinin, sığorta sektorunun və kapital bazarlarının rəqəmsallaşdırılması üzrə geniş miqyaslı strateji layihələrin icrasını davam etdirir. Bu xüsusda dünyada baş verən rəqəmsallaşma trendləri davamlı olaraq izlənilir, beynəlxalq qurumlarla və digər ölkələrin tənzimləyici orqanları ilə əməkdaşlıq edilir.

AMB-dən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Mərkəzi Bank ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının yanında Maliyyə Ofisi (Türkiyə Maliyyə Ofisi) arasında sıx əməkdaşlıq əlaqələri yaradılıb. Bu əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərin müzakirə edilməsi məqsədilə martın 31-də Mərkəzi Bankın sədri Elman Rüstəmov ilə Türkiyə Maliyyə Ofisinin sədri Göksel Aşan arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkənin maliyyə sektorları arasında mövcud olan intensiv əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik, əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını qeyd edən E.Rüstəmov, eyni zamanda, Azərbaycan və Türkiyə arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları, sığorta sektoru və kapital bazarları arasında uğurlu əməkdaşlıq məsələləri barədə ətraflı məlumat verib. G.Aşan isə öz növbəsində, son illərdə Azərbaycan Hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkənin neft və qaz resurslarından asılılığının azaldılmasını və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm səylərin həyata keçirilməsini qeyd edərək Türkiyənin qardaş Azərbaycanla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib.

Görüşdə hər iki tərəf vurğulayıb ki, bu gün imzalanacaq memorandum əməkdaşlığın daha dərinləşməsinə yeni əhəmiyyətli töhfə verəcək.

Görüşün sonunda Mərkəzi Bank və Türkiyə Maliyyə Ofisi arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Qeyd olunub ki, memorandumun məqsədi maliyyə texnologiyaları ekosisteminin genişləndirilməsi, açıq bankçılıq yanaşmasının tətbiqi, sığorta sektorunun və kapital bazarlarının rəqəmsal transformasiyası, həmçinin maliyyə bazarlarında innovativ maliyyə texnologiyalarının tətbiqini dəstəkləyən qanunvericilik bazasının formalaşdırılması və kadr potensialının artırılması üzrə əməkdaşlıq çərçivəsinin yaradılmasıdır. Memorandum iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, maliyyə texnologiyaları ekosisteminin formalaşdırılması və bununla maliyyə sektorunda rəqabətli, innovativ və əlçatan rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək.

Son xəbərlər

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31