“Azərsu” Zabrat qəsəbəsində yeni layihəyə başlayıb
Sabunçu rayonunun Zabrat qəsəbəsində əhalinin içməli su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına yeni layihənin icrasına başlanılıb.

Turaztv.az xəbər verir: “Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, ASC-nin daxili imkanları hesabına Sabunçu rayonunun Zabrat qəsəbəsi Murad Mirzəyev küçəsində mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələri yaradılır.

Bu ərazidə indiyədək mərkəzləşdirilmiş şəbəkə olmadığından içməli su təchizatında çətinliklər yaranırdı. Sakinlərin özləri tərəfindən çəkilmiş və tikinti normalarına cavab verməyən fərdi xətlər normal su təchizatının aparılmasına imkan vermirdi. Tez-tez baş verən qəzalar hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradırdı. Pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına ərazidə 2,5 kilometr paylayıcı şəbəkə inşa edilib və evlərə birləşmə verilib. Layihənin icrası nəticəsində 850 fərdi yaşayış evi dayanıqlı olaraq su ilə təchiz olunacaq.

Ərazidə kanalizasiya şəbəkəsinin olmaması da burada yaşayan əhali üçün ciddi problemlər yaradırdı. Payız-qış aylarında tullantı, qrunt və yağış suları həyətlərə və evlərin zirzəmilərinə dolurdu. Yeni kanalizasiya xətlərinin çəkilməsi ilə sakinlərin bu problemi aradan qalxacaq.

Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına Zabrat qəsəbəsi ilə yanaşı, Binəqədi, Saray, Aşağı Güzdək, Bayıl və Türkan qəsəbələrində, həmçinin Hacıqabul və Goranboy rayonlarının bəzi kəndlərində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr icra olunur.
“Azərsu” Zabrat qəsəbəsində yeni layihəyə başlayıb
“Azərsu” Zabrat qəsəbəsində yeni layihəyə başlayıb
“Azərsu” Zabrat qəsəbəsində yeni layihəyə başlayıb
“Azərsu” Zabrat qəsəbəsində yeni layihəyə başlayıb

Son xəbərlər

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31