Sabina Ağalarovanı aldadıblar, üstəlik paltar oğurluğunda da ittiham edirlər
Rusiyada azərbaycanlı milyarder Araz Ağalarovun qardaşı qızı Sabina Ağalarova “Vegas Crocus City” Ticarət Mərkəzində subicarəçilər tərəfindən aldadılıb. Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda 360tv.ru (eyni adlı telekanalın saytı) bildirir.

Məlumata görə subicarəçilər ticarət mərkəzində dizayner işi geyimlərin və aksessuarların satışı üçün mağaza icarəyə götürüblər. Lakin çox keçmədən icarə haqqını ödəməkdən imtina ediblər. Bundan əlavə onlar məhkəmə iddiası qaldıraraq biznesvumeni geyim oğurlamaqda ittiham edirlər.

Sabina Ağalarovanın vəkili, “Bişenov və Partnyorları” vəkil bürosunun hüquqşünası Kamila Sultanova bildirib ki, 2018-ci ilin mayında “Konsept-M” MMC adlı şirkət subicarəçi qismində ticarət mərkəzində geyim və aksessuarların satışı üçün mağaza icarəyə götürüb.

“Ötən ilin dekabr ayına qədər onlar ödəmə qrafikini açıq-aşkar pozublar, daha sonra isə ümumiyyətlə ödəməkdən imtina ediblər”,-vəkil deyib.

Sabina Ağalarova özü isə deyib ki, icarəçilərlə anlamağa çalışıb: onların borclarını ödəməsi üçün müddəti uzadıb, borcun məbləğini aşağı salıb. Lakin icarəçilər məsələni barışıq yolu ilə həll etməkdən imtina ediblər. Biznesmenlər sadəcə olaraq deyiblər ki, pulları yoxdur və ödəməyəcəklər.

“Biz onlara məktub göndərdik ki, danışıqlar aparmaq lazımdır. Amma onlar açıq-aşkar buna məhəl qoymadılar”,-Ağalarova deyib.

Sonda biznesvumen məcbur olub ki, mağazadakı malları saxlanılmaq üçün anbara göndərsin. Hansı ki, anbara göndərilən malları icarəçilər özləri seçib veriblər. Lakin sonradan onlar Sabina Ağalarovanı məhkəməyə veriblər. Şirkət ondan çatışmayan mallara görə dəyən zərəri ödəməyi tələb edir.

“Lakin onlarda malların çatışmaması ona görədir ki, özlərinin nəzarəti, yoxlaması olmayıb”,-Ağalarova deyib.

Vəkil Kamila Sultanova opponetlərin iddia ərizəsini “zəif” hesab edir. Axı onlar iddia ərizəsində özləri göstəriblər ki, icarə haqqına görə borcları var və həmin borcu ödəməyəcəklər.

“Mənim fikrimcə bu kontragentin vicdansız hərəkətləridir və ona görə də biz öz hüquqlarımızı qorumaq və borcu məhkəmə qaydasında geri almaq üçün mübarizə aparacağıq”,-vəkil deyib.

Onun sözlərinə görə, icarəçilərin borcu hazırda 2 milyon rublu keçir. İş üzrə birinci məhkəmə iclası baş tutub, amma “Konsept-M”-in nümayəndələri məhkəməyə gəlməyiblər. Növbəti iclas sentyabrın 24-də olacaq.

“Bu hüdudu olmayan həyasızlıqdır. Mən belə saymazyanalığı bağışlaya bilmərəm. İmkan verə bilmərəm ki, imicim ləkələnsin və adım qaralansın”,-Sabina Ağalarova bildirib.

Son xəbərlər

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31