SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ - Daşdəmir ƏJDƏROĞLU

SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ

Aşıq Elman Mehdiyevin yaratdığı Aşıqlar ansamblında bu rəngləri daha aydın görmək olar

Yaman gündə öz elinin halına,
Yanan bilər, yanmayana nə fayda.
Vətən nədir, həsrətindən saralıb,
Solan bilər, solmayana nə fayda.
...Ustadından kamilliyin dərsini,
Alan bilər, almayana nə fayda.

Ağlım kəsəndən, özümü qanandan rəhmətlik atamın sayəsində saz və söz vurğunu olmuşam. Saz görəndə içim içimdən keçib. Aşığa, şairə könül vermişəm həmişə... Özü saza meyilli olmasa da, sazlı, zurna-balabanlı, aşıqlı toylarda iştirak edib. Çox vaxt məni də özü ilə həmin məclislərə aparırdı.
Atamın xalası oğlu Vidadinin 1970-ci illərdəki toyunu yaxşı xatırlayıram. Bu toyu kəndimizin tanınmış xanəndəsi Mansur Əliyevlə tağlabiyanlı aşıq Şamilin birləşmiş dəstəsi aparırdı. Bu ansamblda İsmayıllının müxtəlif kəndlərinin sənətkarları cəmlənmişdi. Onda mənim haradasa 7-8 yaşım olardı. Toy 3 gün davam etdi. Əvvəllər 40, 7 günlük toylar həmin dövrdə 3 günə endirilmişdi. Hər gün bir məkanın – ilk günü qonşu kəndlərin, ikinci günü bir az uzaq kəndlərin, rayonun adamları, sonuncu gündə isə yerli sakinlər və Bakıda yaşayan qohumlar çağırılırdı. Çünki bəy gəlinini məhz həmin gün gətirirdi.
Bəli, 3 günlük toyda böyük maraq var idi, toya toplaşanlar aşığın söylədiyi dastanlara, balabançı ilə oynamalarına, məclisdə müxtəlif adətlərin nümayişinə hamılıqla heyran olur, bu peşəkarların ifasına əhsən deyirdilər. Aşıq Şamilin dəstəsinə yaxın bir yerdə əyləşmişdik atamla. Birdən xanəndənin qulağına atam nəsə pıçıldadı. O da etiraz etmədi, uca səslə məni yanına çağırdı. Mən də hörmətsizlik etməyib Mansur əminin yanına qaçdım. O, soruşdu ki, qoşa nağarada ifa edə bilirsənmi? Utana-utana, sıxıla-sıxıla “bəli” dedim. Qoşa nağara çalanı yerindən durquzub məni orada oturtdu. İnanın, utandığımdan başımı dik tuta bilmirdim. İlk ritmləri ayırd edə, ansamblın ifaçılarına qoşula bilməsəm də, sonradan nağaraçı ilə “dil tapdım”, mahnının birini yola verdim. Qəfildən hiss etdim ki, bir əl çiynimin üstündədir. Başımı qaldıranda gördüm rəhmətlik aşıq Şamildir. Xoşhal münasibəti ilə razılığını bildirmək istəyirdi. Kənardan seyr edən Mansur əmi “əhsən” sözünü deməklə məni daha da ruhlandırdı, dəstək verdi. Bu maraqlı səhnədən sonra aşıq olan toylara gedirdim. Özümü irəli verirdim ki, bəlkə məni görərlər. Amma məni görən yox idi sanki...
Ağlım kəsəndə dərk etdim ki, o bir-iki mahnını ifa etməyə elə atama görə şərait yaradıblar. Amma saza, aşığa olan marağım azalmadı. Hansı ifada ki, nağara, qoşa nağara olurdu, mən o havaları daha çox dinləyirdim. Saz və balabanla olan ifanı ali məktəb illərində daha çox izləməyə başladım. Bu istəyi, marağı əslən gürcüstanlı tələbə yoldaşım Rəşid Faxralı oyatdı. Bundan sonra sazı bütünlüklə sevməyə başladım...
Aşıq Şamilin qeyri-adi səsi və çalğısı, saz-söz sərrafı olan Şirvan ellərində yüksək dəyərləndirilib, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilməyib. Nə yaxşı ki, fitrət sahibinin haqqında xatirələr bu günümüzəcən gəlib çatıb, qədirbilən insanların xatirində yaşayır.
Hələ orta məktəbdə oxuyanda, jurnalistikaya meyl salanda aşıq Şamil haqqında yerli mətbuatda müxtəlif yazılarım çap edildi. Onunla olan görüşlərim, ustadı aşıq Bilal haqqında söylədiyi maraqlı faktlar, yazdığı əsərləri barədə fikirləri uzun müddət xatirimdə qaldı. Aşığın sazının, sözünün sehrinə düşmüşdüm. Elə o gündən dünyasını dəyişənədək aşıq Şamillə aramızda yaxın dostluq əlaqəsi yaranmış və o səmimi münasibətimiz davam etmişdi. Yerli “Zəhmətkeş” qəzetində çap edilmiş materiallardan sonra o dövrün əsas, aparıcı qəzeti olan “Kommunist”də, daha sonra “Azərbaycan qadını” jurnalında aşıq Şamilin sənəti, özünün yaradıcılığı haqqında yazdığım maraqlı materiallarla tanınmağa başladım. Məktəbdə də, kənddə də məni gənc yazar kimi barmaqla göstərirdilər.
Aşıq Şamilin şəyirdi tircanlı aşıq Yanvar Bədəlov də Basqala tez-tez toy aparmağa dəvət olunurdu. Basqalda, Basqala bitişik kəndlərdə apardığı toylarda, həmçinin rayon səviyyəli müxtəlif tədbirlərdə aşıq Yanvarın ifasını dinləmiş, onun şirin səslə oxuduğu havaların, zəngulələrinin, xoş avazının vurğunu olmuşam. Rəqsinə isə heç bir aşığın oynamağı çata bilməzdi. Amma indiyədək sağlığında onun haqqında bildiklərimi, öyrəndiklərimi və müşahidələrimi yazıb çap etməməyim ürəyimdə düyün kimi ilişib qalıb.
Sonradan tanıdığım bu aşıqların cərgəsinə, saz-söz sahiblərinin sırasına çoxunun yaxından tanıdığı aşıq Bilal-Şamli-Yanvar sənətinin layiqli, istedadlı davamçısı aşıq Elman Mehdiyevi də əlavə etdim. Aşıq respublikamızın axarlı-baxarlı bölgələrindən olan İsmayıllı rayonunun Talıstan kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin məzunu olub, ali təhsili alıb. Savadı və biliyi sayəsində ağlı söz kəsəndən aşıq sənətinə qarşı böyük məhəbbət bəsləyib. Saz-söz aşiqi olub. Ustadı rəhmətlik aşıq Yanvar Bədəlovun sağlığında ondan, haqqdan vergisini alıb. Aşıq sənəti ilə bağlı elə maraqlı, tutarlı məlumatlar verir ki, elə bil hansısa alim danışır. Qədim tarixə malik aşıq ədəbiyyatımıza olan istəyinin sayəsində ustadlarımızın yaradıcılığını sevə-sevə öyrənib. Onlardan mənəvi güc alaraq, qəlbində çətirinə sığınılası şeir-sənət işığı yandıra bilən bir sənətkara çevrilib. Şirvan mahalında aşıq Elman kimi tanınıb. El məclislərini aparıb, rəsmi tədbirlərdə yaxınlarda iştirak edib, müxtəlif telekanallara, xüsusən də “Mədəniyyət” telekanalında folklorçu-alim Məhərrəm Qasımlının aparıcısı olduğu verilişə dəfələrlə öz dəstəsi ilə dəvət olunub. Qeyd etdiyim kimi, ali təhsili onu hər zaman çətin məqamlarda xilas edib. Bu el aşığının, el sənətkarının ifa etdiyi hər bir havacatı, İlahi verən qüdrətin, ilhamın sayəsində yazdığı hər bir şeiri dinlədikcə bütün saz-söz aşiqləri kimi, mən də daxilimdən axıb gələn şirin duyğuların axınında axmaya bilmirəm.
O, məharətlə ifa etdiyi hansısa bir havacat, yazdığı hər hansı bir şeiri ilə könülləri anındaca fəth etməyi bacarır. Elmanın könül çırpıntılarının sədasına qulaq asdıqca ilhamının sehrindən nə qədər çalışsan da, çıxa bilmirsən.
Aşıq Elmanın çoxşaxəli yaradıcılığının dərinliyinə vardıqca, incələdikcə görürsən ki, onun qəlbi ən ali insani duyğulara bələnib. Müxtəlif məzmunlu, formalı şeirlərində Vətənə sevgi, torpağa məhəbbət, yurd yerinə bağlılıq hissləri daha bariz şəkildə çalarlanıb.
Elə yurda bağlılığının, sənətə hörmətinin, ustadlarına ehtiramının nəticəsidir ki, bu yaxınlarda o, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor, folklorşünas-alim Məhərrəm Qasımlının təşəbbüsü və xeyir-duası, İsmayıllı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Aşıqlar ansamblını yaradıb. Aşıq Elman Talıstanlı ansamblın bədii rəhbəri kimi, ətrafına müxtəlif sənətkarları toplaya bilib. Əməkdar Mədəniyyət işçisi Sahibə Abdullayeva, aşıq Cavid Əmiraslanov, xanəndə Qalib Güləliyev, aşıqlar Mətləb Məmmədov və Elçin Məmmədov, ustad balabançı, Əməkdar Mədəniyyət işçisi Rasim Ələsgərov, dəmkeş Çingiz Bayramlı, nağaraçalanlar Nəriman Mehdiyev, Amil Talıbov kimi el sənətçiləri hazırda bu ansambldadırlar.
Ötən ilin dekabrında ansamblın təqdimatına səhhətimlə bağlı gedə bilmədim. Amma sonradan Elmanla görüşüb söhbət etdik. Bildirdi ki, ansambl çox çətinliklə yaranıb. Bu işlərinə sonadək dəstək verənlərdən, böyük əziyyət çəkənlərdən İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun, rayon regional mədəniyyət idarəsinin rəisi Elçin Nəcəfovun, el-obamızın istedadlı sənətçisi, özünün maraqlı ifaları ilə az qala respublikanı fəth edən xanəndə Sahibə Abdullayevanın adlarını xüsusi vurğuladı. Qeyd etdi ki, pandemiya dövrü olmasına baxmayaraq təqdimatda böyük coşqu var idi, saz, aşıq sevənlərin hamısı zalda idi. Folklorçu-alim, Aşıqlar Birliyinin Məhərrəm Qasımlı, rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, AMEA-nın Folklor İnstitutunun müəllimi, professor Atəş Əhmədli və saz-söz dünyasının heyranları burada iştirak edirdilər.
Bu arada, yəni fevralın 8-də ilk dəfə olaraq “Mədəniyyət” telekanalında folklorşünas-alim M.Qasımlının müəlliflik etdiyi “Saz-söz axşamı” verilişinin qonağı olmuş ansambl bir saat çıxış edib, saz, söz adamlarına, aşıqsevərlərə bir növ hesabat verib. Və bu veriliş martın 26-da yayaımlanacaq. Hələ də o verilişdə səslənmiş mahnıların, havaların ecazkar təsirindəyik. Bu isə o deməkdir ki, aşıq Elman Mehdiyev özünün ustadları olmuş aşıq Bilal, aşıq Şamil, aşıq Yanvar yaradıcılığına sadiqliyini, ümumiyyətlə, Azərbaycan aşıq sənətinə istəyini bir daha agah edib, bu bir saat ərzində həm özünün, həm də ansamblın ifaçılıq məharətini, bacarığını tamaşaçılar qarşısında göstərə bilib. Bu ifalardan sonra Aşıqlar ansablının yaradılması üçün çəkdikləri əziyyətin heç də hədər getməyi bir daha sübut olunub.
Və sonda bir məsələni demək istəyirəm.
Aşıq deyəndə telli saz yada düşür: Telli saz deyəndə Yanıq Kərəm, Zarıncı Kərəm, Dilqəmi, Gəraylı, Göyçə gülü, Qəhrəmanı, cəngi Koroğlu... gözəlləmələr yada düşür...
Aşıq deyəndə saz yada düşür: Qurbaninin boynubükük «Bənövşə»si, Abbasın gəraylıları, Xəstə Qasımın, Valehin indi də açılmamış bağlamaları, Alının, Şəmşirli Hüseynin, Ələsgərin nəsihətləri, ustadnamələri yada düşür...
Aşıq deyəndə qədim bir sənət məbədi yada düşür, saz yada düşür, söz yada düşür...
Aşıq deyəndə aşıq Bilal, aşıq Şamil, aşıq Yanvar, .... bir də bu gün də son nəfəsini bu sənətin inkişafına qoyan aşıq Elman düşür...
Yorulmayasınız, əziz qardaşım!


Daşdəmir ƏJDƏROĞLU
SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ - Daşdəmir ƏJDƏROĞLU
SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ - Daşdəmir ƏJDƏROĞLU
SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ - Daşdəmir ƏJDƏROĞLU
SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ - Daşdəmir ƏJDƏROĞLU
SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ - Daşdəmir ƏJDƏROĞLU
SAZLI-SÖZLÜ BİR DÜNYANIN RƏNGLƏRİ - Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Makronun devrildiyini deyib, polisə atəş açdı

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

İranı yeni müharibə ilə hədələdi

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930