NURDAN YARANMIŞ GÖZƏL İNSAN – TAHİR MİKAYILOV
NURDAN YARANMIŞ GÖZƏL İNSAN – TAHİR MİKAYILOV

Xatirələr karvanı... Sabahlara doğan günəş... Ürəyimizin içindən çıxanda gah günəş kimi isidər, gah da buz olub dondurar bizi...
Hədər əsmə, ey dağ yeli,
Ürəyimə həsrət dolar.
Xatirələr karvanından
Nələr gedər, nələr qalar...

Mənim ömürlüyümdə yaşadığım xatirələr karvanından çox adam gəlib keçib, elələri də var keçməkdədir. Bir xeyli əvvəl yaşadığım qədim Basqalın küçələrindən keçəndə gördüyüm, bir müddət sonra da qohum olduğum və bu gün də feysbukda səmimi əlaqələr, isti münasibətlər qurduğum Tahir Nüsrət oğlu Mikayılovu da bu karvanın həqiqi üzvlərindən biri hesab edirəm. Və bu fikimdə tam haqlıyam da.
Öncə doğum gününü qeyd edən Tahir qardaşımızı yaxınları, qohumları, öz adımdan təbrik edir, ona cansağlığı, xoşbəxt ömür, nəvə-nəticə toyu arzulayıram.
NURDAN YARANMIŞ GÖZƏL İNSAN – TAHİR MİKAYILOV

Bu xatirə karvanında atası rəhmətlik Nüsrət əminin böyük rolu var. Demək olar hər gün Basqala dəyməmiş doğulduğu Tağlabiyan kəndinə üz tutmayan, Basqaldakı dostları, ələlxüsus da rəhmətlik babam Ağaəli ilə üzbəüz görüşmədən getməmiş Nüsrət əmini necə unuda bilərəm? Bu, ən azından mənim üçün qəbahət, unutqanlıq ola bilər. Onun şirin söhbətlərini indiki kimi xatırlayıram. Nüsrət əmi babamla Basqala qonşu kəndlərdə yaşayan 2-3 dostundan biriydi. Söhbətləri, zarafatları tuturdu. Babam kənddə elə bir kişi idi ki, qapısından keçən hər kəsi evinə dartıb çəkir, vaxtından asılı olmayaraq yedirib yola salırdı. Evdə həmişə nənəmə tapşırırdı ki, süfrədə çörəyi, qəndi və digər zəruri ərzaqları iki yerdə qoy ki, qonağın da, süfrəyə əyləşənlərin də əlləri çatsın.
Kəndimizdə bir şəkili kəlağayı ustası da var idi. Adına Həsən deyirdilər. Hacıcəbi bulağının yanındakı Əhməd kişinin (ulu babam) evində məskunlaşmışdı Həsən əmi. Evində çörəyi, yeməyi olmasına baxmayaraq babam onsuz axşam yeməyini yeməzdi. Bir gün əvvəldən xəbərdarlığını edərdi. Həsən əmi bizə, babama o qədər isinişmişdi ki, hamımızı Həsən əminin gəlişinə hazırlayırdı. Tapşırırdı ki, hər hansı bir hərəkətimiz ola bilər onun xoşuna gəlməsin. Ayıbdı, gedib Şəkidə danışa bilər. Onda mən orta məktəbdə oxuyurdum, haradasa 7-8 yaşım var idi. Bu söhbəti niyə xatırladım? Nüsrət əmidən danışırdım axı. Hər kənddən bir dostu var idi. Nüsrət əmi babama yaxşı bal gətirirdi, o balın dadını indi də unuda bilmirəm. Babamın payını ayrıca verir, qalanını da satlıq üçün bizdə saxlayırdı. Babam pulları yığıb Nüsrət əmiyə xəbər çatdırırdı ki, gəlib balın pulunu aparsın. O da babama bildirirdi ki, təki onun pulu Ağaəli kişi kimi halal bir insanda olsun. Hər dəfə də bir bəhanə ilə tez qapımızdan çıxırdı ki, babam puldan söz salmasın. Sonradan babamın yadına düşürdü ki, axı Nüsrət kişinin pulunu vermədi. Pulun dalınca sövdələşdikləri vaxtdan bəlkə də 3-4 ay sonra gəlirdi...
Xatirələr karvanında bu fikirlər xatırlandıqca, izlər çözələndikcə bundan Tahir Mikayılova da pay düşür, xatirələr dilə gəlir... Feysbuk səhifəsində Tahir qardaşımız tez-tez babamla olan söhbətləri, bizim evdə qonaq olmasını dilə gətirir. Bir nəvə kimi, babam haqqında bu xoş sözləri eşitmək mənim üçün böyük fəxarət hissi doğurur. Bir eloğlu, qohum, ziyalı kimi də o mənim cızma-qaralarımı izləyir. Feysbukda dostlaşdığımız gündən hiss etdim ki, bu insan mənim yaradıcılığıma biganə deyil. Açıq etiraf edim ki, qürurlanıram və bu məni yazmağa daha da həvəsləndirir.
* * *

Elə adam var ki, olduğu kimi görünmür, adam da var ki, göründüyü kimi ola bilmir. Onda isə hər şey tamam başqadır. Elə bil ikisi də tamamlayır bir-birini; daxili aləmi ilə xarici görkəmi vəhdət təşkil edir. Ürəyinin işığı qəlbindən çöhrəsinə süzülür: sifəti daim təbəssümdür. Hər hansı iradını da elə deyər ki, kimsə inciməz.
Bilmirəm kimin sözüdür, amma yadımda yaxşı qalıb: “İstedadlı adamların əl tutanı az olur”. Tahir Mikayılov da (başqa bir dostum Tahir Rəcəbovun da xatirə karvanımda məxsusi yeri var. Çox vaxt onlar bir-birilərinə adaş deyə müraciət edirlər) tanıdığım 5-10 ziyalıdan biridir ki, məni burada da, həyatda da dəstəkləyir, mənəvi ruh verir. Bu kəlamlardakı sözlərin böyüklüyündən çox bəhrələnmişəm. Kim bilir, daha kimlərə pay düşəcək, bu nurun şöləsi daha kimlərə yol göstərəcək. Qoyub getdiyi mənəvi irsdən kimlərin yolu işıqlanacaq! Bunu Allahımız bilər, bir də o günlərə şahidlik edənlər.
NURDAN YARANMIŞ GÖZƏL İNSAN – TAHİR MİKAYILOV

Allah Tahir qardaşımıza sağlam ömür, bərəkətli yaşam versin. 5-10 ildən sonra da onun haqqında yazmalı olsam, bu sözləri mütləq qeyd edəcəyəm: Tahir Mikayılov təpədən dırnağa səmimiyyətdən yoğrulmuş, nurdan yaranmış gözəl İNSAN, hələ cavanlığından belə ağsaqqal olan Tahir Mikayılov soyadlı bir İNSAN yaşayır…
Amalı insanlara yaxşılıq etmək, istəyi el-obanın gənclərini, gənc nəslini məlumatlı, bilikli, maariflənmiş görməkdir!..
O, yerlilərinin, özünə yaxın bildiyi soydaşlarının sevimli dostu, həyanı, sirdaşı, qayğıkeşi,düşünəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımlarını düzgün atmaları naminə yolgöstərəni, bələdçisidir. Tahir qardaşımız təkcə özünün deyil, həm də qəlbinə yaxın buraxdığı hər kəsin taleyini yaşayır - sevinci, kədəri, problemləri ilə birgə.
***

İnsan həyatı bütün mövcud dəyərlər içərisində ən ali və mütləq dəyərdir.
Həyat - insanın özünün qarşısında qoydugu hər cür məqsədləri, məsələlərin, xəyalların gerçəkləşməsi üçün ən ümumi zəruri şəraitdir. Digər canlılardan fərqli olaraq, insan özünün ölümlülüyünü və həyatın sonsuz olmadığını dərk edir. Ona görə də o, mümkün olduqca ömrünü uzatmağa, əbədiyyətə qovuşmağa, özü haqqında xatirələr qoymağa, başqa sözlə desək, tarixdə iz buraxmağa can atır. Bu isə yalnız o zaman mümkündür ki, insanın həyatı məna ilə dolu olsun. Beləliklə bu mənanın axtarılması, aşkarlanması və aydınlandırılması insan ölməzliyinin ümdə şərtləri kimi çıxış edir.
69-cu baharına qədəm qoyan Tahir Mikayılovun nəzərində, düşüncələrində həyat gözəldir! Bəs nədir gözəlliyi? Onun öz gözündə görə bildiyidir bu həyatın gözəlliyi. İnsanın həyatı xoşbəxtliyin arxasınca qaçmaq deyil, onun üçün səbəb axtarmaqdadır. Bədən quruluşuna, beyinin inkişafına, dik duruşuna, danışma qabiliyyətinə görə digər canlılardan üstün olmasına baxmayaraq, insanın varlığı hər kəsi maraqlandıran bir mövzudur. Bir çox insan bunu anlamadan, hətta bu sualı özünə vermədən belə yaşaya bilir. Əslində hər bir insan bununla maraqlanmalı, həyata nə üçün gəldiyini, niyə digər canlılardan fərqləndiyi və onlardan üstün olduğunu bilməyə, öyrənməyə çalışmalıdır. Hər bir insan özünün fərqində olmalı, insanı insan edən xüsusiyyətləri bilməlidir. Həmişə özümə verdiyim suallardan biri də budur. Kimdir insan? Doğrudan da belədir. Insan böyük bir varlıqdır - hər şeyi dərk edə bilən, bir çox şeyə təsir edə bilən varlıq. Bunun üçün də varlığının dəyərini bilməlidir. Bunları dərk etməyən insan həyatının böyük bir hissəsini boşa keçirmiş kimi olur. Dünyaya gəlmək, bu dünyada insan kimi yaşamaq bizlər üçün ən böyük şanslardan biridir və bu şansdan mümkün qədər istifadə etmək lazımdır. Tahir Mikayılov da həmin şansları mümkün qədər qiymətləndirməyi bacaran bir ziyalımızdır!
Həyatda gördüyümüz hər varlıq, hər canlı, ətraf, təbiət gözəldir. Çünki yaşamaq gözəllikdir! Həyatın içində olan gözəllikləri duymaq, onun insan qoynu qədər isti olduğunu hiss etmək tam başqa bir həyatdır. Ey insan, sən yalnız deyilsən, ailən var, ailən yoxsa dostların var, dostların yoxsa sevdiyin var, əgər o da yoxsa Allah var! Allah heç vaxt bəndəsini tək qoymaz. Yaşa və həyatın dadını çıxart! Həyatın bizdən istədiyi budur. Mənə elə gəlir ki, Tahir müəllim də bu fikrimin ziddinə getməz.
***

Insan var dərya kimidir, baş vurdunsa, çıxmaq çətindir; insan var ki, divar kimidir, qarşında durur və heç nə görə bilmirsən; insan da var ki, şüşə kimidir - dünyanı sənə göstərməyə çalışır. Hər şeyin mənası insandır. Tahir Mikayılov da tanıdığım o insanlardandır ki, həmişə çətin məqamlarda problem yaşayan insana işıqlı mayak olur.
Və sonda 69-cu baharına qədəm qoyan Tahir qardaşımızı tahirsevərlər adından qəlbən təbrik edir, ona ən əsas nemət olan cansağlığı, sağlamlıq, gümrahlıq, ailə xoşbəxtliyi arzu edirəm.
Və lap sonda: Həyat Tahir Mikayılovla daha gözəldir!


Dərin hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31