"Baku Electronics" müştəriyə uduzdu - Məhkəmə qərarı - FOTO
Baku Electronics" şirkətini məhkəməyə verən müştərinin şikayəti təmin edilib. Bu barədə şikayətçi "Facebook" hesabında məlumat yayıb.

Turaztv.az AMİA.AZ-a istinadən xəbər verir ki, Mirsübhan Mirzəliyev adlı müştəri "Baku Electronics"-dən telefon alıb. Lakin aldığı malı 14 gün ərzində yenidən mağazaya qaytarmaq istəsə də, onun müraciəti təmin edilməyib. O, daha sonra bu barədə məhkəməyə müraciət edib.


M.Mirzəliyevin başına gələnləri özünün dediyi kimi təqdim edirik:

"Yəqin ki, hər birimiz istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşmışıq. Bu dəfə eyni hal mənim başıma gəldi. Belə ki, "Baku Electronics"-dən aldığım telefonu 1 həftə sonra dəyişmək və ya geri qaytarmaq istədikdə şirkət min bir bəhanə gətirərək heç bir halda bunu etməycəyini bildirdi. Halbuki telefon istifadə olunmamışdı, hətta nömrə belə taxılmamışdı.
Şirkət nümayəndələrinə öz rəsmi saytlarında "14 gün ərzində məhsulun dəyişdirilməsi və geri qaytarılması" ilə bağlı verdikləri zəmanəti, eləcə də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddəsini xatırlatsam da heç bir xeyri olmadı. Hətta şirkətin müştəri xidmətləri bölməsi ilə də əlaqə saxlayıb, bildirdim ki, mənim müştəri tarixçəmə baxsınlar. Düşündüm ki, bu boyda şirkətin yəqin ki, bir loyallıq proqramı var və sadiq müştərilərinə qarşı daha anlayışla yanaşarlar. Amma heç bir cəhdimə məhəl qoyulmadı. Təbii ki, ölkənin ən böyük elektronika mağazasının istelakçı hüquqlarını bu şəkildə açıq aşkar pozması və heç bir şeyə məhəl qoymaması ilə barışa bilməzdim.
"Baku Electronics" müştəriyə uduzdu - Məhkəmə qərarı - FOTO
"Baku Electronics" müştəriyə uduzdu - Məhkəmə qərarı - FOTO


Nə isə eləmədim tənbəllik "Baku Electronics"-i verdim məhkəməyə. Nəhayət 2 aylıq Məhkəmə prosesindən qalib ayrıldım və hakim iddiamı təmin etdi".
M.Mirzəliyev bildirir ki, bundan sonra "Baku Electronics"-in istehlakçı hüquqlarına və müştəri məmnuniyyətinə daha həssas yanaşacağına ümid edirəm.Bakupost.az
"Baku Electronics" müştəriyə uduzdu - Məhkəmə qərarı - FOTO

Son xəbərlər

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31