İLK DƏFƏ OLARAQ AZƏRBAYCANDA BROKOLİ YETİŞDİRİCİLİYİ

Ramazanova Xəyalə Sərdar qızı.
Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına 2 saylı tam orta məktəbin biologiya müəllimi.

xeyaleserdarqizi889@gmail.com


Brokoli kələm çiçək kimilər fəsiləsinə aiddir. Brokolinin vətəni İtaliyadır. İtalyanca “Brassıca Oleracea“ - növünün İtaliya növ qrupuna aiddir.

Hal-hazırda İtaliya, İspaniya, İngiltərə, İsrail, Rusiya, Türkiyə və Amerikanın müxtəlif əyalətlərində yetişdirilir. Amma, bu günə qədər Azərbaycanda yetişdirilməmişdir. Onu ilk dəfə yetişdirmək təşəbbüsünü öz üzərimizə götürdük və uğurlu nəticəyə nail olduq.

Qeyd edək ki, Brokoli tərkibinin zənginliyinə görə çox əhəmiyyətli bitkidir.Tərkibində insan orqanizmi üçün lazım olan faydalı elementlər-K-kalium,P-fosfor,Ca-kalsium,Mg-magnezium,Zn-sink,Fe-dəmir,Mn-manqan,S-kükürd vardır. Bunlarla yanaşı tərkibində-C,B-1,B-2,B-5,B-6,PP,E,K vitaminləri və A provitamini vardır. Eyni zamanda zəngin qida lifləri və omega-3 yağ turşularına malikdir.Brokoli bitkisinin zəngin tərkibə malik olub,insan orqanizmini daha çox minerallar və vitaminlərlə təmin edəcəyini düşünərək onu yetişdirməyi qərara aldım.

Hal-hazırda bütün dünya pamdemiya şəraitində yaşayır.Orqanizm üçün həyati əhəmiyyət kəsb edən ən həssas orqanımız olan ağciyərlər böyük təhlükə ilə qarşı-qarşıyadır.Ağciyərlərimizi qoruya biləcək bir bitki deyəndə ilk öncə ağlımıza brokoli gəlməlidir.Çünki brokoli tərkib etibarilə daha zəngin və quruluş etibarilə isə ağciyərləri xatırladan yeganə bitki növüdür.Deməli sağlam ağciyərlərə malik olmaq istəyiriksə daimi brokoli istifadə etməliyik.

Brokoli çox həssas bitkidir.Toxumun cücərməsindən baş bağlamasına qədər diqqət və qayğı tələb edir.Brokolinin yetişdiriciliyində hava temperaturu mütləq şəkildə nəzərə alınmalıdır.Əgər açıq şəkildə yetişdirəcyimiz brokolinin baş bağlama vaxtı havanın temperaturu normadan yüksək olarsa, o zaman baş bağlamayacaq.Bu səbəbdən açıq şəkildə brokoli yerişdirərkən havanın temperaturuna mütləq şəkildə diqqət edilməlidir.

Hava şəraiti ilə yanaşı brokolinin yetdirilməsində faydalı elementlərin miqdarı torpaqda normal səviyyədə olmalıdır.Bu kimi qaydaları normal səviyyədə təşkil etdikdən sonra brokolini organik şəkildə yetişdirə bilərik.

Brokoli haqqında araşdırma və təcürbələr apardıqdan sonra, organik gübrə hazırlamağı qərara aldım.Təcrübə üçün 60 toxum götürdüm.Həmin toxumları hər hissədə 20 toxum olmaqla 3 müxtəlif vaxtda gübrə qarışımına əkilməsini təmin etdim.İlk 20 toxumu mart ayının 14-də əkinini gerçəkləşdirdim.Bunu təbiiki kiçik bir istixanada həyata keçirdim.İstixananın temperaturu 8-10 dərəcə aralığında olurdu.

Plastik qablara doldurulmuş gübrə qarışımının 1sm dərinliyinə toxumları yerləşdirdim.İki gündən bir toxumların su ilə təminatını həyata keçirirdim. Artıq 1 həftə sonra toxumlar cücərib çıxmağa başladı.Fidanların normal inkişafını təmin etmək üçün daimi təmiz havalandırma aparırdım. Artıq aprel ayının 10-na kimi fidanlar 4 yarpaqlı olmuşdular. Aprel ayının 19-dan etibarən ilk inkişaf edib böyümüş fidanları açıq sahəyə köçürdüm. Bu ayda temperaturu və nəmliyi nəzərə alaraq sulama prosesini 3 gündən bir aparırdım.Çünki həddindən artıq su bitkinin kök sisteminin cürüməsinə səbəb olur.

Bitkiyə düzgün qulluq və diqqət nəticəsində bitki normal inkişaf səviyyəsində böyüyürdü.Artıq may ayının 2-si tarixində bitkidə 6 yarpaqlıq müşahidə olundu. Bu da onun göstəricisi hesab olunur ki, bitkiyə düzgün qulluq onun normal inkişaf etməsinə səbəb olur.

May ayının ikinci yarısından etibarən sulama prosesini gündəlik həyata keçirməyə başladım.Eyni zamanda 4-5 gündən bir hazırladığım təbii qarışımı sulama zamanı əlavə edirdim ki, bitkiyə daxildən ziyan vuracaq hər hansısa mikroorqanizmlər məhv olsun və bitkinin inkişafını əngəlləməsin. Bununla yanaşı mütəmadi olaraq alaq otlarını təmizləyirdim ki, bitkiyə lazım olan qida elementləri həmin otlar tərəfindən mənimsənilməsin.

İyun ayının 4-də ilk baş bağlamış brokolini müşahidə etdim.Elə bu zaman onun üzərində həşarat tırtıllarına rast gəldim və təbii üsulla həmin həşaratları aradan götürdüm. Brokolinin istifadə edəcəyimiz məhsulunun organik şəkildə yetişməsi üçün təbii ki, bir çox prosesləri aparmağı qarşıma məqsəd qoymuşdum. Fotosintez prosesini sürətləndirmək və keyfiyyətli brokoli məhsulu əldə etmək üçün bir çox üsüllardan istifadə edirdim.Bunları ardıcıl şəkildə tətbiq etdim və baş bağladığı müddətdən 14 gün ərzində tam böyümüş istifadə oluna biləcək brokoli bitkisini əldə etdim.İlk məhsuluda iyun ayının 18-i dərdim və dadına baxdım. Doğru-düzgün qulluq nəticəsində yetişmiş brokoli həm görünüş, həm də dad baxımından möhtəşəm idi.

Adətən, brokolinin yetişməsi 3-4 aya başa gəlir. Mən yetişdirdiyim brokoli 3 ay 3 gündə tam yetişmiş formada hazır idi. Bitkiyə düzgün qulluq nəticəsində onun vegatativ orqanları da çox yaxşı inkişaf etmişdi. Elə buna görə fotosintez sahəsi geniş şəkildə öz işini normal həyata keçiməyi bacardı və yüksək keyfiyyətli məhsul əldə olundu. Beləliklə, Respublikamızda ilk dəfə olaraq yetişdiridiyimiz Brokoli məhsulunu dərdik.

İLK DƏFƏ OLARAQ AZƏRBAYCANDA BROKOLİ YETİŞDİRİCİLİYİ
İLK DƏFƏ OLARAQ AZƏRBAYCANDA BROKOLİ YETİŞDİRİCİLİYİ
İLK DƏFƏ OLARAQ AZƏRBAYCANDA BROKOLİ YETİŞDİRİCİLİYİ

Son xəbərlər

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Külək, yağış, dolu...

Azərbaycana yay gəldi

Prezident qəbul keçirdi - Fotolar

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930