ABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar tennis yarışının qalibi olublarABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar Sabrina və Zarina Novruzovalar Nevada ştatında keçirilən tennis üzrə yarışda çempion olublar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, çempion bacılar ABŞ-da yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzovun qızlarıdır.

Ü.Novruzov AZƏRTAC-a müsahibəsində qızlarının uğur hekayəsindən danışaraq deyib: “Qızlarım Kaliforniya ştatının San Xose şəhərində anadan olublar. Onlar “Qərb Karyerası və Texniki Akademiya” (West Career and Technical Academy) məktəbində 10-cu sinifdə təhsil alırlar. Onlar ABŞ-ın Tennis Assosiasiyasının (USTA) çempionatında komanda yarışında 1-ci yerə, fərdi yarışda isə 2-ci yerə layiq görülüblər. Qızlarımın məktəbdəki tennis komandası da Nevada ştatı üzrə 1-ci yeri tutub. ABŞ-ın “Las Vegas Review-Journal" nəşri övladlarım haqqında geniş xəbər yayımlayıb. Sabrina və Zarina 8 yaşından tennislə məşğul olurlar və bu, onların ilk uğuru deyil. Onlar indiyədək beynəlxalq yarışlarda 40-dan çox mükafat qazanıblar. Sabrina və Zarinanın ən böyük arzusu peşəkar tennisçi kimi yetişmək, dünyada ən nüfuzlu tennis turniri sayılan “Böyük Dəbilqə” yarışlarında vətənimiz Azərbaycanı təmsil etməkdir. Onlar qazandıqları bütün qələbələrini Azərbaycana həsr ediblər və bundan sonra da onları bayrağımızı ucaldaraq qeyd etmək istəyirlər”.

Ü.Novruzov deyir ki, övladları ABŞ-da anadan olsalar da, məsafələr onları Azərbaycandan uzaq salmayıb. “Onlar ABŞ-da anadan olsalar da, Azərbaycan dilində danışır və milli adət-ənənələrimizlə böyüyürlər. Vətəndən uzaqda olsaq da, məsafələr heç nəyi dəyişməyib və biz Azərbaycanla nəfəs alırıq”, - deyə o qeyd edib.
ABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar tennis yarışının qalibi olublar

Son xəbərlər

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31