
Xəbərlər / Nesr
1.11.2021, 19:35
PAYIZIN 44-cü ANI KİTABININ ÜZ QABIĞI....
Kitabı ələ almaq istədikdə üz qabığının tərtibatı, dizayn görüntüsü insanı dərin düşüncələrə qərq etməklə xoş bir pozitiv auraya salmaqla Azərbaycanı dananlara, tanımayanlara belə deyir:- mən varam! Olmuşam əbədi olacağam! Mənim tarixim var, şöhrətim, şanım var. Qarabağla birlikdə bütöv Azərbaycanım var.
Nələr çəkmiş başın sənin, bilinməyir yaşın sənin!
Azərbaycanın tarixi çox-çox uzaqlardan uzaqlara,ötənlərdən keçənlərə, qərinədən əsrlərə, əsrlərdən nəsillərə, nəsillərdən fəsillərə, fəsillərdən tarixlərə, tarixlərdən qədimlərə gedir...
Azərbaycanın varlığına inanmayanlar,
Bu ölkənin sərhədlərin bilərəkdən tanımayanlar.
Qara kilsə (Sisiyan) Gorusu, Nüqədini,
Yaddan çıxarıb tez unudanlar.
Ey gözəl insanlar, qürurlu saf müsəlmanlar,
Andranik Zəngəzuru Kürtdən, Türkdən təmizlədi,
Orada qubernatorluq edib Türkləri yaman izlədi.
Sultan bəy Laçında onu biabırçı bizlədi,
Uduzdu Sultan bəyə 1922-də qorxudan.
Yatmışdı ayıldı gecə yarı yuxudan,
Sığındı ABŞ-a Andranik baban.
1927-də Koliforniyada mundar oldu drammatik,
1928-də getdi leşi Parisə qulağı kəsik.
2000 -də cəsədi Yerevana satıldı,
Qulağı əskik gəldi quyuya da atıldı.
Tanrı verdi cəzasını xalqı çəksin indi onun bəlasını,
Azərbaycanı tanımayanlar,kitabın üzərində görsün,
Məğrur Qartal “kartasını”.
Çox hörmətli Ali Baş Komandanımızın hərbi geyimində olan foto şəkli, məğrur duruşu, adı, hərbi salamı,zabitəli dayanmağı hamsı boy-buxununa ölçülüb-biçilib. Düşməninə qarşı nifrət və qisasımızı torpağımızı alacağam ifadəsi, iti baxışları və şanlı zəfər qələbəsi çalacağam fikirlərini cəmləşdirir. Xalqını əmin edir ki, az vaxtda qələbə müjdəsini hərbi parada çevirəcəyik mütləq! Sanki hərbi geyimdə ürəyinin başına yazılmış addan(yazılarda qeyd olunur) yalnız ata ruhu yox, bütün xalq İlhamından alır İlham! Əks olunmuş fotoşəkildə zəbitəli dayanmağıyla yanaşı prezident hərbi salam verir, bu salam şəhidlərin ruhuna düşmən işğalından azad edilmiş ərazilərə sancılmış bayraqlara Vətən müharibəsində qalib gəlmiş zabit və əsgərlərə,qazilərimizə,igid oğullarımıza yerinə yetirilmiş ata vəsiyyətinə üçtərəfli razılaşdırılmış bəyənata itgi vermədən Şuşanın azad edilməsinə verilən hərbi salamdır!
Qarabağı dananlara,tanımayanlara tanıdandır!
Sanki deyir: Buyurun baxın! Dostlar görüb sevinsin düşmənin gözü kor olsun!
Onlar gözləri görərkən görmədilər. İndi kor gözləri ilə baxsınlar.
Revanş qüvvələri isə partlasınlar.
Məğrur Qartal xəritəmiz Şuşanın əsrarəngiz, müxtəlif rəng çalarlarına qərq olmuş təbiətimiz, cənnət ətirli gülü-çiçəyi cənnətməkan olduğunu göstərir. Qədimliyi, tarixlərdən tarixlərə - 1314-cü ildə Ağdam rayonunun Xaçındərbəndli kəndi, Qutlu Musa türbəsi məscidlərin ifadəsidir.
Kitabın üz qabığında görünən divarlarda tarixlər səlnamələr yatır.
Özündə qədimliyini saxlamış hər döyüşün, hər savaşın mənfurların, cəlladların, vandalların, barbarların, Mikoyanların, Qaregin Nijdenin (Nasist Almaniyanın gizli agenti həm də sovet İttifaqı ərazisində diversiya və terror yaratmaqla, satqınlıq etməklə vətən xaini olmuşdur) Köçəryanların, Sarkisyanların, Paşinyanların, Dabanyalayanların tarixlərinin canlı şahidi olaraq həmin qədim divar öz məğrurluğunu qoruyub saxlamışdır.
Nida işarəsinə 3 hissədə yoğrulmuş bayrağımızın rəngləridir. Şərəf ruçkası şəhid qanı ilə yazılmış nida işarəsi dəmir yumruq kimi Paşinyanın başına vurulmuş qətiyyətli işarədir! Durğu işarələri arasında olan nida işarəsi Paşinyan və onun kimilər üçün qorxulu kavusa çevrilmişdi. Kitabda qeyd olunduğu kimi Paşik bu işarədən Fransa ətri yox kapitulyasiya aktının qoxusu gəlir. Hiss edirəm ki, bu kitabda həmin aktın surəti öz əksini tapacaq. Əsirlərin əzabi əziyyətinə vəhşilərin, canilərin, satqınların şahidi olan əzəmətli divarların üstündə yazılan Şuşi adı sanki divarın bağrını çatdatmaq istəyir. Yox, ola bilməz! Sahibin gəlir...
Müsəlman adları dəyişir bir-bir,
Basarkeçər isə olur Vardanes.
Şuşanı Şuşi edir:
Köçəryan iblis!
Kitabdakı bayrağımda vardır mənim hilalım şerinin bir hissəsinə nəzər salsaq daha aydın görərik.
Öz qızı atasının məğlubiyyətini görəndə birdən,
Nə isə fikirləşib dilə gəldi qəfildən.
Dedi: “Of, papa smotri na kartu” planımız pozuldu,
Böyük ermənistan xülyası bura qədər yozuldu.
Dənizdən dənizə bizə quyu qazıldı,
Papa, Qarabağ getdi, qızıl mədənləri itdi,
Bizim taleyimiz Şuşaya sancılan bayraqla bitdi!
İndu “musurmanlar” Şuşiyə yox,
Bayraqdan yoğrulan Şuşaya getdi.
QARABAĞ AZƏRBAYCANDIR!
Bunu mən yaxşı bilirəm, həm də demək istəyirəm,
Qoy bilsin bütün dünya Beynəlxalq aləm.
Qarabağ Vətən üçün vuran qəlb birdəki candır,
KARABAKH İS AZERBAIJAN! КАРАБАХ-ЭТО АЗЕРБАИДЖАН.
Beynəlxalq aləm təsdiq edəcək
QARABAĞ AZƏRBAYCANDIR!
Kitabımızın adı isə
Şəhidlərin, qazilərin!
Tökülən qızıldan qani,
Kitabımız adlansın,
Payızın 44 cü ani.










Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











