Cəmi 2 belə təyyarə, 48 raket və bütün donanma suyun dibinə gedir...ABŞ Hərbi Hava Qüvvələrinin istismar müddətini başa vurmaqda olan və 40 il əvvəl istehsal edilmiş B-1B "Lancer" strateji bombardmançılarından Rusiyanın Baltik və Qara dəniz donanmasına qarşı istifadə etmək nəzərdə tutulur.

Turaztv.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda "Forbes" jurnalının məqaləsində bəhs edilir.
B-1B "Lancer" bombardmançılarının növbəti onillikdə silahlanmadan çıxarılacağı, onları B-21 "Raider" xəyalət-bombardmançılarının əvəz edəcəyi gözlənilir. Lakin jurnal yazır ki, B-1B "Lancer" bombardmançılarının istismardan çıxarılmazdan əvvəl nə iş görəcəyi də müəyyənləşib - onlar Rusiyanın Baltik və Qara dəniz donanmalarına qarşı tətbiqi nəzərdə tutulan gəmilər əleyhinə LRASM stels-raketlərini daşıyacaq.
Oktyabrın əvvəllərində 7 belə bombardmançı ABŞ-ın Texasdakı Days aviabazasından Böyük Britaniya Kral Hava Qüvvələrinin Ferford aviabazasına yerdəyişmə edib. Oktyabrın 19-da iki B-1B "Lancer" bombardmançısı 12 saatlıq uçuş həyata keçirib, o cümlədən Baltik dənizi üzərindən uçub, daha sonra Qara dənizə istiqamət alıb. Bombardmançıları növbə ilə Polşa və Rumıniya qırıcıları müşaiyət ediblər.
B-1B "Lancer" bombardmançıları 1980-ci illərin əvvəllərində silahlanmaya daxil ediləndə (100 belə bombardmançı) onların arsenalında ancaq nüvə raketləri var idi. 1990-cı illərin əvvəllərində bombardmançılarda qeyri-nüvə sursatları yerləşdirildi. Bu təyyarələr ABŞ-ın İraq və Əfqanıstan hərbi kampaniyalarında ağır şərtlər altında istismar edilib, nəticədə aşınmaya məruz qalıb və təmiri getdikcə baha başa gəlir. ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında hazırda 45 belə bombardmançı qalır. 2020-ci ildə Hərbi Hava Qüvvələri təyyarələrin 17-ni istismardan çıxarıb, qalan 45 təyyarənin isə 2030-cu illərin əvvəllərinə qədər B-21 "Raider" bombardmançıları ilə əvəzlənməsi planlaşdırılır.
Təyyarələrdən indiyədək quru hədəflərinə qarşı istifadə edilirdi, amma 8 min kilometr məsafəyə uça bilən və 25 ton faydalı yük götürən bombardmançı dəniz hədəflərinə qarşı da işə yarayır. 2017-ci ildə təyyarələrdə gəmilər əleyhinə uzaqmənzilli (480 km.) LRASM yüksək dəqiqlikli raketləri yerləşdirildi. Hər B-1B təyyarəsi 24 belə raket daşıya bilər, raketlərin birinin dəyəri 3 milyon dollardır.
Jurnal yazır ki, bir cüt B-1B "Lancer" Rusiyanın Baltik donanmasına eyni vaxtda 48 LRASM raketi buraxa bilər. Bu raketlərin hədəfdən yayınması ehtimalı sıfra bərabərdir. Nəticədə iki bombardmançı Rusiyanın bütün Baltik donanmasını batıra və beləliklə də ABŞ-la müttəfiqlərinin hərbi gəmilərinə olan təhdidi aradan qaldıra bilər.
Bildirilir ki, oktyabrın 19-da bombardmançılar məhz LRASM raketləri ilə döyüş uçuşları keçirmişdilər. Qara dənizin üzərindəki beynəlxalq hava məkanında onlara Türkiyə HHQ-nin KS-135 yanacaqdolduran təyyarəsi yan alıb, bundan sonra bombardmançılar Ferford aviabazasına geri dönüblər. Rusiya Hərbi Dəniz Qüvvələrinin iki Su-30 qırıcısı isə Krımdan havaya qalxaraq bombardmançıları müşaiyət edib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, dövlət sərhədlərinin pozulması qeydə alınmayıb.
Lakin jurnal qeyd edir ki, potensial müharibə zamanı Rusiyanın hava məkanına daxil olmağa heç bir ehtiyac olmayacaq. LRASM raketlərinin mənzili imkan verəcək ki, B-1B bombardmançıları NATO ölkələrinin hava məkanından Qara dənizin istənilən nöqtəsində Rusiya gəmilərinə zərbə endirsin...

Cəmi 2 belə təyyarə, 48 raket və bütün donanma suyun dibinə gedir...
Cəmi 2 belə təyyarə, 48 raket və bütün donanma suyun dibinə gedir...
Cəmi 2 belə təyyarə, 48 raket və bütün donanma suyun dibinə gedir...
Cəmi 2 belə təyyarə, 48 raket və bütün donanma suyun dibinə gedir...
Cəmi 2 belə təyyarə, 48 raket və bütün donanma suyun dibinə gedir...

Son xəbərlər

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31