Şeyxülislam Allahşükür Paşazadə: Tarixi Qələbədə yanımızda olan Türkiyə dövlətinə təşəkkür edirikAllah-Təala imkan yaratdı ki, biz haqq-ədaləti bərpa edə bildik. Xalqın dövlətimizin başçısı ilə bərabər olması bu Qələbəyə böyük təkan verdi. Tarixi Qələbədə yanımızda olan Türkiyə dövlətinə, başda Rəcəb Tayyib Ərdoğana təşəkkür edirik.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Şuşada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərlə təəssüratını bölüşərkən deyib.

Ermənilərin vəhşiliyi haqqında danışan Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb: “Biz bura gələndə Şuşada olan evləri, yaşayış obyektlərini, tarixi binaları gördük. Ermənilərin buranı necə dağıdıb xarabalığa çevirdiyini siz də gördünüz. Otuz ilə yaxın müddətdə ermənilər nəinki Şuşada, işğal edilmiş bütün yerlərdə bu cür vəhşiliklər törədiblər.

Erməni işğalçıları torpaqlarımızda nə varsa ya aparıb satıblar, ya da xarabalığa çeviriblər. Bizə Şuşa haqqında məlumat verilərək qeyd olundu ki, burada yeddi məhəllə olub və hər məhəllədə bir məscid yerləşib. Amma onları ermənilər xarabalığa çeviriblər.

Ağdama gedəndə görəcəksiniz ki, ermənilər orada nələr ediblər, məscidləri dağıtmaqla kifayətlənməyib kilsələri də yararsız hala salıblar. Həmçinin qəbirləri qazıb çıxarıblar”.

Qarabağın qapısı olan Füzuli Beynəlxalq Hava Limanına ilk dəfə qardaş ölkə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın endiyinə diqqət çəkən Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: “Bu, tarixi hadisədir. Həmçinin sizi də bu gün təbrik edirəm ki, Füzuli Beynəlxalq Hava Limanına bizimlə gəldiniz. Bu da Azərbaycan-Türkiyə qardaşlığının əyani sübutudur. Biz Ermənilər tərəfindən dağıdılıb viran qalmış ərazilərimizdə nələr ərsəyə gətirmişik göz önündədir. Bu, bizə ilham verir. Bu işlər iki qardaş dövlətin birgə əməyinin nəticəsidir.

Dünən Füzuli Beynəlxalq Hava Limanının açılışında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunan açarlar dünyaya bir mesaj idi ki, Qarabağın açarları bizim əlimizdədir. Kimsə bu regiona müdaxilə edə bilməz. Buranın təhlükəsizliyinə Azərbaycan və Türkiyə zəmanət verir. Bu cür işlər Azərbaycan və Türkiyənin qardaşlığını, dostluğunu bütün dünyaya göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həm Füzuli Beynəlxalq Hava Limanının açılışında, həm də Zəngəzur dəhlizinin təməlinin qoyulmasında iştirak etməsi Azərbaycan və Türkiyənin bir yerdə olmasının göstəricisidir.

Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi “bir millət iki dövlət” fikri bu gün reallığına qovuşub. Həqiqətən də Türkiyə və Azərbaycan ayrılmaz bir ölkədirlər. Heydər Əliyev dahi insan idi. Ulu Öndər bu sözləri deyərkən biz o zaman hələ tam anlamırdıq. İndi isə aydın olur ki, o zaman ümummilli lider Heydər Əliyev nələr demişdi. Allah bizim qardaşlığımızı daimi etsin! Allah imkan yaratsın ki, bütün məscidləri, dini məkanları, yaşayış yerlərini bərpa edək! Bütün yurd-yuvalarından didərgin düşmüş minlərlə azərbaycanlı öz doğma torpaqlarına qayıtsın! Allah bütün müsəlman ölkələrini, həmçinin Azərbaycan və Türkiyə dövlətlərini, xalqlarını qorusun!”

Son xəbərlər

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31