
Xəbərlər
20.07.2021, 20:47
Gəncədə şəhid ailələrinə qurban əti paylanılıb
Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Gəncədə Qurban bayramı münasibətilə şəhid ailələrinə qurban əti paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələrini əhatə edən aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşıb. Kəsilən qurbanlar yaradılan komissiya tərəfindən tərtib olunmuş siyahıya əsasən aidiyyəti üzrə ünvanlara çatdırılıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









