“Neftçi” səfərdə “Dinamo Tbilisi”ni məğlub edib"Neftçi" komandası Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" ilə keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda qalib gəlib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Dinamo Arena"da təşkil olunmuş qarşılaşmada Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb.

Görüşün ilk yarısı meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. "Dinamo"nun çoxsaylı hücumlarının qarşısını Aqil Məmmədov dəfələrlə almağı bacarıb. "Neftçi" isə daha çox əks-hücumlara bel bağlayıb. İlk qol da məhz belə hücumdan sonra vurulub. Matçın 23-cü dəqiqəsində zərbə mövqeyinə çıxan Namiq Ələskərov rəqib qapıçı Roin Kvasxvadzenin önə çıxmasından yararlanaraq, topu onun başı üzərindən tora göndərib.

Tbilisi təmsilçisi oyunun 36-cı dəqiqəsində tarazlığı bərpa edib. Serbiyalı hücumçu cərimə meydançasının çölündən qüvvətli zərbə ilə bərabərlik qolunu vurub - 1:1.

İkinci hissəyə "Neftçi" daha fəal başlayıb. Tədricən üstünlüyü ələ alan "ağ-qaralar" 56-cı dəqiqədə penalti qazanıb. İsrailli referi David Fuksman N.Ələskərova qarşı kobudluğu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirib. Mahmudovun ilk zərbəsini "Dinamo"nun qapıçısı qaytarsa da, baş hakim onun qapı xəttindən irəli çıxdığını bildirərək, zərbənin təkrarlanmasını istəyib. Kapitan bu dəfə fürsəti əldən verməyib.

Beləliklə, "Neftçi" səfər oyununda "Dinamo" üzərində qələbə qazanaraq, iyulun 14-də "Bakcell Arena"da keçirəcəyi cavab oyunu üçün böyük üstünlük əldə edib. Həmin qarşılaşma saat 21:00-da start götürəcək
“Neftçi” səfərdə “Dinamo Tbilisi”ni məğlub edib
“Neftçi” səfərdə “Dinamo Tbilisi”ni məğlub edib

Son xəbərlər

Zərdabda yanaraq ölənlər bir ailənin üzvü imiş - YENİLƏNİB

“Şəki yaylası”nda faciə - 2 nəfər öldü

Azərbaycan vətəndaşı Batumidə itkin düşdü

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib

Tehran Məmmədov tələbələr arasında ilk dünya çempionu oldu - Fotolar

İran xəbərdarlıq etdi - Tankerlər vurulacaq

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüşdü - FOTOLAR

Jalə Ələkbərzadə: Dayanıqlı moda ətraf mühitə və təbiətə yeni baxışımızdır

ABŞ İranın neft tankerini vurdu

MÜƏLLİFİ MƏN SEÇMİRƏM, ŞEİR SEÇİR

Alimlərdən dəhşətli xəbərdarlıq - Bu xəstələrin sayı 67% artacaq

“Ay bizimdir” şərhinə BMT-dən cavab

Rusiya dollardan üz döndərir? - Kreml yeni ödəniş qaydasını açıqladı

Gəlinə tacından ayaqqabısına qədər qızıl taxmışdı - Saxlanıldı-Fotolar

Ərdoğan “Filenin sultanları” ilə görüşdü - Fotolar

Əziz Sənubər xanım!

Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama

Qəzənfər Məsimoğlu : Gəl öz adamına yiyə dur, Adam - FOTO

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

VƏTƏN ŞƏHİDİ İLƏ FƏXR EDİR BU GÜN - FOTOLAR

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Ömrün 65-ci zirvəsində dayanan söz ustadı — Hüseyn İsaoğlu

Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930