"Həmin ərazidə palçıq vulkanı yoxdur" - DAHA BİR AÇIQLAMA“Hazırda SOCAR-la əlaqə saxlayır, həmin ərazidə palçıq vulkanı yoxdur!”.

Turaztv.az KONKRET.az-a istinadən xəbər verir ki, AMEA-nın Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib. Onun sözlərinə görə, “Vulkan o ərazidə yoxdur. Amma yenə məsələ dəqiqləşdirilir”. Əliyev partlayışın gəmidə baş verə biləcəyi ehtimalını irəli sürüb.

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə “Azneft”in balansında olan neft və qaz yataqları ilə əlaqə saxladığını deyib: “Hətta “Bahar əməliyyat şirkəti” ilə də danışmışam. Onların platformasında salamatlıqdır, heç bir hadisə baş verməyib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bunları bildirib:

“Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən hazırda araşdırma aparılır.
Mütəxəssislərin ilkin ehtimalına görə partlayışa səbəb vulkan püskürməsidir.”

“Ümid” dəniz strukturu

“Ümid” dəniz strukturu Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə Xəzər dənizində qaz yatağıdır.

“Ümid” yatağı 1953-cü ildə geoloji kəşfiyyat işləri zamanı müəyyən edilib.

O, Bakıdan 75 kilometr cənuba, qurudan isə 40 kilometr məsafədə yerləşir (“Bulla-dəniz” yatağının 15 kilometrliyində). 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb.

2009-cu ilin iyununda “Ümid” dəniz strukturunda işlərin görülməsi üçün SOCAR “Ümid” MMC (formal nizamnamə kapitalı 1000 manat) yaradıb. Onun 80% pay iştirakı SOCAR-a, 20%-i “Nobel Oil Exploration & Production” (bu offşor şirkət Karib hövzəsindəki Sent-Kitts adasında qeydiyyatdan keçib) şirkətinə məxsusdur.

2009-cu ilin avqustunda “Sahil” qazma işləri idarəsi (SOCAR-ın strukturu) “Ümid”də kəşfiyyat quyusu qazmağa başladı. Qazma işləri dənizin 58 metr dərinliyində quraşdırılan “Ümid-1” stasionar platformasından həyata keçirilirdi. Bu cür qazmanın əhəmiyyəti ondadır ki, sonradan bu platformadan daha 6 quyu qazmaq imkanı var, bu isə çəkilən xərcləri 2-3 dəfə azaldır.

2010-cu il noyabrın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: “2009-cu ilin avqustundan bəri “Ümid” dəniz strukturunda davam edən kəşfiyyat qazması nəticəsində 6500 metrdən artıq bir dərinlikdə qaz yatağı aşkar edilib”.

“Günəşli” neft yatağında yanğın

“Günəşli” neft yatağında yanğın 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itgin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur.

Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb.

Son xəbərlər

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Kurtun ölümündə istifadə olunan silah məhv edildi

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Zeynəb Cəmaləddin : BİR OCAQ QURACAQSAN - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

Portuqaliyada üzü tam qapayan geyimlər qadağan edildi

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub

Sevinc Yunuslu : Uzağı şeir yazmağı tərgidərəm sənə görə.. - FOTO

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Bakıya gələnlərə paylanan bağlamaları qəbul edənlər saxlanılır

Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı və... - DƏHŞƏTLİ FACİƏ

Uşaqları olacağı xəbərini belə elan etdi - FOTO

Qobustan rayonu Ərəbşalbaş kəndində yeni çəkilmiş daxili yollara baxış keçirmişdir - FOTOLAR

Şəki Xan sarayı haqqında düşüncələrim

İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

Bakıda və rayonlarda külək güclənəcək

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31