“Akkord”un keçmiş rəhbəri haqda sensasiya: 10 milyon dollarlıq dələduzluq
Bir müddət əvvəl Rusiya və Azərbaycan mətbuatında "Akkord” Şirkətlər Qrupunun keçmiş rəhbəri İlqar Hacıyevin Moskva şəhərindəki ofisinə basqın edildiyi və iş adamının, guya, haqsız olaraq və sifarişlə Rusiya hüquq-mühafizə orqanlarının qəzəbinə gəldiyi haqda silsilə materiallar işıq üzü görməyə başlamışdı.

Bir mərkəzdən ötürüldüyü və büsbütün İlqar Hacıyevin müdafiəsinə həsr edildiyi aşkar görünən bu materiallarda iddia olunurdu ki, guya, iş adamına qarşı bütün bu hücumların arxasında əslən Azərbaycandan olan başqa bir məşhur iş adamı – Qod Nisanov durur.

Eyni zamanda, sonradan İlqar Hacıyevin özünün də media vasitəsi ilə ölkə rəhbərliyinə müraciəti yayılmışdı.

Anews.az xəbər verir ki, Strateq.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyi bir məlumat iş adamıyla bağlı bir çox gerçəkləri üzə çıxarmaqla yanaşı, aydınlaşdırıb ki, əslində İlqar Hacıyevin müdafiəsinə həsr edilmiş media kampaniyası da təsadüfi deyilmiş və əsas məqsəd də sabiq şirkət rəhbərinin problemini siyasiləşdirmək, milyonların talanmasından yaxasını qurtarmaq olub.

Belə ki, məlumata görə, Moskva şəhərində yaşayan Yusupov Vladislav İlyuşayeviç adlı Azərbaycan vətəndaşı, 20 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, bildirib ki, dostu İsay Zaxaryayevin vasitəsi ilə tanış olduğu Hacıyev İlqar Əlləz oğlu, etibardan sui-istifadə etmə və aldatma yoluyla, 2016-cı ilin fevral ayının əvvəllərindən 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Moskva Vilayətində "Piroqovskaya Rivyera” yaşayış kompleksinin və digər layihənin tikintisinə investisiya qoyulması adı ilə ondan 10.000.000 (on milyon) ABŞ dolları məbləğində pulunu alaraq, ələ keçirib.

Vladislav Yusupov göstərib ki, İlqar Hacıyev onunla etibarlı münasibətlər yaradaraq, gələcəkdə ələ keçirmək məqsədi ilə 2016-cı ilin iyun ayının əvvəllərində İsay Zaxaryayevin vasitəsi ilə 3.000.000 (üç milyon) ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən hava limanının ərazisində və 7.000.000 (yeddi milyon) ABŞ dolları məbləğində pulu ayrı-ayrı vaxtlarda hissə-hissə Moskva şəhərində ondan alıb, lakin tikinti işlərini yarımçıq saxlayaraq, mənzilləri ayrı-ayrı vətəndaşlara satıb, ümumilikdə müvafiq məzənnəyə görə 17.000.000 (17 milyon) manat təşkil edən 10.000.000 (on milyon) ABŞ dolları məbləğində pulu dələduzluqla ələ keçirib.

Faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində 04 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Qeyd olunan informasiyalar artıq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən də təsdiq edilib.

Eyni zamanda, İlqar Hacıyev tərəfindən Rusiya Federasiyasının ərazisində digər dələduzluq əməllərinin törədilməsi ilə bağlı barəsində cinayət işləri istintaq olunmaqla yoxlamalar aparılır. Belə ki, Hacıyev İlqar Əlləz oğlu tərəfindən dələduzluq yolu ilə "Asfaltbetonservis CDS” və "Betas” məhdud məsuliyyətlərinə məxsus 341.000.000 (üç yüz qırx bir milyon) rubl məbləğində pulun ələ keçirilməsi faktına görə, barəsində 30 aprel 2019-cu il tarixində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Qərb İnzibati Dairəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin Daxili İşlər İdarəsinin İstintaq idarəsində Rusiya Federasiyası CM-nin 159-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.

Son xəbərlər

Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”

İranla müharibənin daha nə qədər davam edəcəyini açıqladı

İran yeni qadağan olunmuş zona elan edəcək

Zülfiyyə İsmayılova : Sevdim səni - FOTO

Tramp nadir görülən addım atdı

Hikmət Məlikzadə : Məzlum ahnan köçü səhraya sürüm, kəndəmi, qız?!

Sənubər Səhər : Siyasət anlamı bəşəri duyğuları üstələyir...

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz

GÖY ÜZÜNƏ YAXIN ADAM

Məşhur aparıcı edam olunacaq - FOTOLAR

"A.B.İ.” bu tarixdə yayımlanacaq

Şarm əl-Şeyxdə premium istirahətin yeni səviyyəsi - “Rixos Hotels” Misirdə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930