Millət vəkili: "Azərbaycanın UNESKO ilə əməkdaşlığı çox yüksək səviyyədədir"
Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər sahələrdə uğurla davam etdirilir. Bu əlaqələrin yaradılmasında, inkişaf etdirilməsində və belə yüksək səviyyəyə çatmasında Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Onun bu sahədəki fəaliyyəti nəticəsində Azərbaycanla UNESKO arasındakı əməkdaşlıq yüksək səviyyəyə çatmışdır. Bakıda öz işinə başlayan Ümumdünya İrs Komitəsinin 43-cü sesiyası buna bariz nümunədir.

Turaztv.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev xatırladıb ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçrilib. Sessiyada dünyanın 180-dan çox ölkəsindən 2500-dən artıq nümayyəndəsi iştirak edir. Nümayəndə heyətlərinin tərkibində sesiyanın işinə nazirlər, müxtəlif təşkilatların baş direktorları, beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri və səfirləri, Azərbaycan hökumətinin üzvləri qatılıblar:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əlyeva mərasimdə çıxış edib. Mehriban xanım Əliyeva çıxışında bildirmişdir ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixi və dini irsin qorunması Azərbaycanın dövlət siyasətində əsas prioritetlərindən birinə çevrilib və son illərdə Azərbaycan UNESKO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm layihələrə forumlara, tədbirlərə ev sahibliyi edib. Dünya Mədəniyyət Mirasları Syahısı UNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkələrin dövlət orqanları tərəfindən zəmanət verilmiş, bütün dünya üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Dünya Mədəniyyət Mirasları siyahısının yaradılmasında məqsəd bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirtməkdir. Müntəzəm olaraq yenilənən siyahıya 2004-cü ildən etibarən 134 ölkəyə aid 788 abidə daxil edilmişdir. Bunlardan 617-si mədəniyyət, 154-ü təbii, 23-ü isə mədəni və təbii abidələrdir. Azərbaycandan bu siyahıya Bakı şəhərinin tarixi incisi olan "İçərişəhər" Dövlət, Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoroğu daxil edilmişdir. Bu il ölkəmiz tərəfindən Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması təklif edilib. Bundan əlavə, müvəqqəti siyahıya Azərbaycandan ümumilikdə 22, o cümlədən 5 təbii və 17 mədəni abidə daxil edilmişdir ki, gələcəkdə bunların da daimi siyahıya salınmasına baxılacaqdır".

Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikası 1992-ci ildə UNESKO-ya üzv qəbul edilib, 1996-cı ildə isə təşkilat ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb:

"Bu il əməkdaşlığımızın 27-ci ildönümü qeyd olunacaq. Bütün bunlar Azərbaycanın artan beynəlxalq nüfuzundan xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli, düşünülmüş siyasət göstərir ki, bundan sonra da Azərbaycanın uğurları bütün sahələrdə durmadan artacaq".

Son xəbərlər

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930