
Xəbərlər
22.05.2021, 01:24
Bu tarixədək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən mayın 24-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Turaztv.az Publika.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar 22 may saat 00:00-dan 24 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












