Prezident: “Ermənistan Xocalı soyqırımını törədəndə dünya susmuşdu”


“Ermənistan tərəfindən Xocalı soyqırımı törədiləndə dünya susmuşdu”.

Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, bunun səbəblərindən biri yəqin o idi ki, o zaman məlumat qıtlığı var idi:


“Müharibə ilə bağlı məlumat birtərəfli idi. Ermənistan öz təbliğatını işə salmışdı. Azərbaycan tərəfi isə tamamilə aciz bir vəziyyətdə idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi. O vaxt Azərbaycan idarə olunmaz vəziyyətdə idi. Həmin illərdəki Azərbaycan indiki Ermənistanı xatırladırdı. Bacarıqsız idarəetmə, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması, ordu faktiki olaraq hakimiyyətin nəzarətindən çıxmışdı. Eyni mənzərəni bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız çox məhdud idi. Digər səbəb isə dünya bunu görmək istəmirdi. Bu müəyyən dərəcədə mövcud olan stereotiplərin əleyhinə olan mənzərə idi.

Birinci Qarabağ Müharibəsi başlayan zaman əksər ölkələrdə belə bir təsəvvür var idi ki, Ermənistan haqlıdır, Azərbaycan haqsızdır. Ərazi bütövlüyü məsələləri kənara qoyulmuşdu, ancaq xalqların öz müqəddaratı təyin etmə məsələsi ön plana çıxmışdır. Halbuki heç kim sual vermirdi ki, erməni xalqı öz müqəddaratını müəyyən edib və onların öz müstəqil Ermənistan dövləti var. Nə üçün ikinci Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmalıdır?  Heç kim buna cavab verə bilmədi. Bu stereotiplər uzun illər davam etdi və bizə qarşı ədalətsizlik tətbiq olunurdu”.

Prezident bildirib ki, Sovet İttifaqı dağılandan sonra ABŞ Konqresi azadlığa dəstək aktı qəbul etmişdi:

“Bütün keçmiş müttəfiq respublikalara yardım dəstəyi üçün bu qanun qəbul edilmişdi.

Azərbaycanı oradan çıxardılar. Bunu erməni lobbisinin nümayəndələri etdilər. Onların bir çoxu indi də yüksək vəzifədədirlər. Səbəb o idi ki, Azərbaycan Ermənistanı mühasirəyə alıb. Biz bunu necə etmişik ki, torpaqlarımız işğal altına düşüb. Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu. Bu günə qədər o sanksiyalar hələ də qalır. Bu qədər ədalətsizlik ola bilərmi? O vaxt hakimiyyətdə olanlar buna qarşı addım ata bilmədilər. Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək”.

“Stereotiplər isə belə idi ki, Ermənistan daim haqlı idi. Hətta son 1-2 il ərzində orada nə qədər müxalifət lideri həbs edildi, nə qədər insan öz hüquqlarından məhrum edildi, hətta siyasi qətllərdə baş verdi. Hansısa beynəlxalq təşkilat onları qınadımı? Yox. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”, - deyə İlham Əliyev qeyd edib.

Son xəbərlər

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31