Un məhsullarının qiymətləri hiss olunmadan qalxır - Vergi tətilləri bu prosesi əngəlləyəcəkmi?

Cari il üçün Vergi Məcəlləsinə edilən dəyişikliklər buğda idxalı və satışı, buğda unu və çörək istehsalı və satışının ƏDV-dən azad edilməsinin daha bir il uzadılmasını nəzərdə tutur. Xatırladaq ki, Azərbaycanda buğda, un və çörək idxalı və satışı beş il əvvəl ƏDV-dən azad edilmişdi, çünki milli valyutanın devalvasiyası istehlak səbətinin ən vacib məhsulu üçün bahalaşma riskləri yaradırdı. Sonra unüyüdən müəssisələr valyuta məzənnəsinə uyğun qərarlar qəbul etdi və öz məhsullarında bahalaşmanı milli valyutanın zəifləməsi ilə əsaslandırdı. Çünki buğdanın önəmli bir hissəsi yerli müəssisələr tərəfindən yaxın xaricdən - Rusiya və Qazaxıstandan alınsa da, ticarət dollarla gedirdi.

Məlumdur ki, bütün bu illər ərzində buğda idxalının ƏDV-dən azad edilməsi ilə yanaşı, İqtisadiyyat Nazirliyi çörək məhsullarının qiymətlərini sabitləşdirmək siyasəti yürüdür. Bununla birlikdə, hökumətin bu mövqeyi yerli ekspert cəmiyyətində rezonans doğuran suallar yaradır, çünki dünya bazarında buğdanın maya dəyərinin artması yerli bazardan yan keçə bilməz, belə ki, bazar, bəzi məlumatlara görə, sabit şəkildə idxaldan asılılığını saxlayır. Vergi tətillərinə baxmayaraq, Rusiyada ixrac rüsumları səbəbiylə idxal olunan buğdanın dəyəri artmağa davam edir.

Beləliklə, 15 fevraldan buğda, çovdar, arpa və qarğıdalı ixracı üçün 17,5 milyon ton kvota daxilində, 1 ton üçün 25 avro olan buğda vergisi qüvvədə olacaq. Cəmi bir neçə həftə içində bu növün vergisi bir dəfəyə ikiqat artırılacaq. Eyni zamanda, martın 15-dən başlayaraq, qarğıdalı və arpa ixracatı üçün rüsumlar müvafiq olaraq ton üçün 25 avro və 10 avro ilə tətbiq olunacaq. Qərar Kənd Təsərrüfatı Nazirliyinin təklifindən, yəni buğdaya ixracat rüsumunun martın 15-dən etibarən ton üçün 45 avroya qaldırılması təklifindən bir qədər fərqlənir.

Analitiklər bu mövsümdə vergilərin artması ehtimalı xəbərlərindən sonra, taxıl ixracatı ilə bağlı proqnozları yenidən nəzərdən keçirməyə başladılar. Beləliklə, “Rusagrotrans” taxıl ixracı proqnozunu 51 milyondan 48 milyon tona, buğda üçün 40 milyondan 38 milyon tona endirdi. “Sovekon” bu günə qədər buğda ixracatını 40,8 milyon tondan 36,3 milyon tona endirdi.

Rusiya Federasiyasından taxıl ixracına növbəti məhdudiyyətlər barədə xəbər dünya bazarının iştirakçılarına da təsirsiz ötüşməyəcək. Rus buğdası üçün fyuçerslərin qiyməti onsuz da tonu 300 dolları keçib və bazarda qiymətlər bu göstəriciyə yaxınlaşır. Təbii ki, bir-iki il əvvəl Rusiyadan buğda idxalını əhəmiyyətli dərəcədə artıran Azərbaycan üçün bu ölkədən 1 saylı ərzaq malının ixracatındakı bahalaşma daxili bazardakı qiymətlərə təsir göstərməyə bilməz.

Və burada təbii ziddiyyətə diqqət yetirməyə dəyər. Buğda idxalı bahalaşır, qiymətlər isə eyni səviyyədə qalır. Mütəxəssislərə və istehlakçılara görə, hazırkı vəziyyətdə çörək daha bahalı olur, amma çörəyin keyfiyyəti və çəkisinin azalması səbəbi ilə bu, gizlən şəkildə baş verir.

AYNA-nın həmsöhbət olduğu vətəndaşlar çörəyin aşağı keyfiyyətindən şikayətlənirlər. “Artıq bir neçə ildir ki, fabrik çörəyi almamağa, un alıb, evdə bişirməyə çalışıram. Dükandan səhər alınan çörək axşama ovxalanmağa başlayır və dadsız olur”, - deyə evdar xanım Liya Ahmedova bildirir.

Təqaüdçü İrayət Məmmədovanın sözlərinə görə, Azərbaycan çörəyi Sovet dövründə əla dadı ilə məşhur idi: “Və başqa müttəfiq respublikaların sakinləri də, Bakıya gələndə çörəklərimizdən keçə bilmirdilər. Yadımdadır, şəhərimizin qonaqları qohumlarını və dostlarını qonaq etmək üçün Bakı çörəyini böyük çantalarda özləri ilə necə aparırdılar. Çox ətirli və dadlı idi. Bu gün bişən və satılana isə, çətin ki, çörək deyilə bilər. Bu səbəbdən evdə çörək bişirməyə çalışıram, tez-tez uşaqlarımı və nəvələrimi isti lavaşla sevindirirəm”.

Həmsöhbətimiz hər il təkcə çörəyin deyil, unun da keyfiyyətinin aşağı düşdüyünü deyir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseyn AYNA-ya açıqlamasında qeyd edir ki, məhsulun maya dəyərini aşağı salmaq üçün hazırlanmış beş illik vergi tətilləri yerli ticarət şəbəkəsindəki un və çörəyin keyfiyyətini artırmayıb: “Təəssüf ki, mağazalarımızın rəflərindəki çörək çeşidlərinin keyfiyyəti arzuolunandan çox uzaqdır. Bu məhsulların xüsusiyyətləri ildən-ilə pisləşir. Bu mövzuda istehlak səbətinin ən vacib məhsulunun xüsusiyyətlərindən narazı olan istehlakçılar getdikcə daha çox təşkilatımıza üz tuturlar. Əhəmiyyətli məsələlərdən biri unun son istifadə tarixidir, 95% hallarda konteynerdə son istifadə tarixi və istehsal tarixi qeyd olunmur”.

Çörəyin keyfiyyətinə nəzarət səlahiyyətli bir qurum - bunun üçün bütün lazımi rıçaqlara və müasir laboratoriyalara sahib olan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilməlidir. Ekspertin sözlərinə görə, bu qurumun üzərinə qoyulmuş vəzifələri tam yerinə yetirdiyini söyləmək mümkün deyil.

Mütəxəssislər əmindirlər ki, dövlət məmurları çörək istehsalında texniki tələblərə uyğunluğun izlənilməsi barədə düşünsələr, yaxşı olar. Təəssüf ki, müsahibə aldığımız ekspertlər yerli çörək bişirmə müəssisələrinə hansı norma və texniki qaydaların tətbiq olunduğunu birmənalı şəkildə cavablandıra bilmirlər.

“Çörəyin çəkisi və keyfiyyəti istehsalçıların qərarından asılıdr. Sovet vaxtında vahid standartlar var idi, onlara riayət olunurdu, amma bu gün belə deyil”, - deyə Hüseynov şikayətlənir.

UNEC Qida Texnologiyaları Kafedrasının dosenti Elsevər Fərzəliyevin dediyinə görə, çörək və çörək məhsulları üçün texniki şərtlər unun növünə və son məhsulun növünə görə fərqlənir və bu hal QOST-ların əsasını təşkil edir. Mütəxəssislə söhbətdən göründüyü kimi, dövlət standartları məhsulların çəkisinə də təsir edə bilən müxtəlif daxilolmalara icazə verdiyindən, bu mövzuda vahid bir yanaşma yoxdur.

Mütəxəssislər bu gün Azərbaycanda hansı dövlət standartlarının qüvvədə olduğunu və ümumiyyətlə mövcud olub-olmadığını söyləməkdə çətinlik çəkirlər. Keyfiyyət məsələlərinə gəldikdə, onu orqanoleptik göstəricilərlə təyin etmək mümkün deyil.

Bunun üçün dərin spektrofotometrik, biokimyəvi və xromatoqrafik analiz lazımdır. Ölkədə müvafiq analiz üçün xüsusi texnologiyalar çatışmazlığının olmadığı ortaya çıxır. Yaxşı təchiz olunmuş laboratoriyalar AQTA Qida Təhlükəsizliyi İnstitutunun sərəncamındadır. Özümüzdən əlavə edək ki, bu cür dərin analizlər çörək bişirmə sahəsində müşahidə olunmur. Amma, nəticələrini görmək maraqlı olardı...

Son xəbərlər

Naxçıvanda qəza oldu - Yaralılar var (FOTOLAR)

Rusiya İrana uçuşları dayandırdı

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

Niderland - Yaponiya oyununda qolsuz bərabərlik - Yenilənir

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

Karateçimiz Mərakeşdə qızıl medal qazandı

"Halef"dən ayrılan kimi yeni işini seçdi

Helikopter qəzasında ölənlərdən biri məşhur müğənni imiş

Flora Kərimovanın son durumu açıqlandı

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930