Heydər Əliyevin şəxsi tərcümeyi-halı Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələridir



Heydər Əliyevin şəxsi tərcümeyi-halı Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələridir

“Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük, onun fiziki yoxluğu şəraitində bu siyasət yaşayır və yaşayacaqdır”.
İlham ƏLIYEV,
Azərbaycan Respublikasının Prezidenti

Gələcəyin müstəqil Azərbaycanını görmək istəyən Heydər Əliyev ölkəni təkcə SSRİ miqyasında yox, daha qlobal müstəvidə tanıtmaq üçün də lazımi işlər görmüş, bu istiqamətdə uğurlu nəticələr əldə etmişdi. Bu məqsədlə Heydər Əliyev Azərbaycanın xarici aləmdə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün konkret addımlar atır, SSRİ rəhbərliyinin buna mənfi reaksiyasının qarşısını əvvəlcədən almaq üçün bu qəbildən olan tədbirləri Sovet İttifaqının xarici siyasəti çərçivəsində həyata keçirirdi. Azərbaycanın dünya miqyasında təbliği üçün Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də ölkədə beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili idi.
Respublikaya birinci rəhbərliyi dövründə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar kadrların hazırlanması məsələlərinə də ciddi fikir verirdi. Ümummilli lider bu ali məktəblərdə müsabiqədənkənar oxumağa gedən gənclərin sayının ildən-ilə artırılmasına Moskvadan böyük inadkarlıqla razılıq alır, onların təhsilinin ümumittifaq büdcəsindən maliyyələşdirilməsinə nail olur, həmin gənclərin məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi. Böyük strateq sonralar qeyd edirdi ki, 70-80-cı illərdə ideologiyadan, ictimai-siyasi, iqtisadi sistemdən asılı olmayaraq, Azərbaycan xalqının böyük bir nəsli təhsil alıb, yüksək səviyyəyə çatıb, elm və mədəniyyətə sahib olub. Yəni Heydər Əliyev hələ o illərdə müstəqil dövlətinin vətəndaşlarını formalaşdırırdı. O illərdə ulu öndərin qayğısı ilə müxtəlif ixtisaslara yiyələnən minlərlə peşəkar kadrlar hazırda ölkəmizdə dövlət idarəçiliyində iştirak edir, öz talelərinə, karyeralarına görə məhz Heydər Əliyevə borclu olduqlarını etiraf edirlər.
Bu gün "Heydər Əliyevin şəxsi tərcümeyi-halı Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələridir" deyəndə qətiyyən yanılmırıq. Ulu öndər sovetlər birliyi dövründə bütün siyasi fəaliyyəti ilə məhz Azərbaycanın müstəqilliyinə real zəmin hazırlayırdı. 90-cı illərdə SSRİ-nin suqutunun nəticəsi kimi Azərbaycan da müstəqilliyini bərpa etmək imkanı qazandı. Lakin etiraf etməliyik ki, ilk illərdə müstəqillik olduqca formal xarakter daşıyırdı. Həmin illərin acı mənzərəsi indi də kino lenti tək gözlərim önündə canlanır. İnsanlar aclıqla, səfalətlə, hüquqsuzluqla, özbaşınılıqla mücadilə aparırdılar. Ölkə parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsinin bir addımlığında idi. O ağır illərdə bir daha təsdiqləndi ki, müstəqilliyi əldə etmək olar, amma onu qorumaq, dövləti quruculuq və inkişaf yoluna çıxarmaq üçün səriştəli, təcrübəli liderin mövcudluğu çox vacib şərtdir.
1993-cü ildə xalqın çağırışına səs verən Heydər Əliyev Azərbaycanın yarımcan cisminə sanki mübariz ruh kimi qayıtdı. Ölkəni məhv olmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Ulu öndər Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdura bildi. Özənəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Azərbaycançılıq ideologiyasını milli birliyin bünövrəsinə çevirdi. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsurlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Heydər Əliyev xalqı öz ətrafında birləşdirməklə, dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi.
Ulu öndər Heydər Əliyev böyük müdriklə dövlətin əsas təsisatlarını yaratmağa başladı. 1995-ci ildə ölkə Konstitusiyasının qəbulu hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin baza prinsiplərini müəyyənləşdirdi. Əsas Qanunun qəbulundan sonra ictimai həyatın bütün sahələrində köklü islahatların aparılmasına başlanıldı.
1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ölkənin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi yönümündə atılmış ən mühüm addımlardan biri oldu. Paralel olaraq ölkənin iqtisadi böhrandan azad olunması üçün iqtisadiyyatda struktur islahatları aparıldı, özəlləşdirmə prosesinə başlanıldı. Sahibkarlığın inkişafı məqsədilə ciddi qanunverici baza formalaşdırıldı, müvafiq dövlət proqramları qəbul olundu. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq aqrar sektorda islahatlar həyata keçirildi, torpaq əsl sahibinə - kəndliyə qaytarıldı.
Müstəqilliyin möhkəmləndirilməsi naminə elm və təhsilin inkişafı, milli-mənəvi irsin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirildi. Dünyanın böyük yazıçılarından biri Çingiz Aytmatov: "Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir" demişdi. Bu, həqiqətən də, belədir. Ulu öndər dünyanın qədim, böyük türk eposu "Kitabi-Dədə Qorqud"un 1300 illiyini bütün dünyada keçirməklə dastanın Azərbaycan hadisəsi olduğunu sübut etdi. Eyni zamanda, sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplayaraq türk birliyi yaratmağa nail oldu.
Heydər Əliyev yaxşı bilirdi ki, türk xalqlarını birləşdirmək üçün onları ortaq məxrəcə gətirən ideyaları meydana qoymaq lazımdır. Məhz onun müdrikliyi, böyük uzaqgörənliyi sayəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi bütün dünyada qeyd olundu.
Heydər Əliyevin müstəqillik illərində Azərbaycan dilinin, musiqisinin, incəsənətinin inkişafı, ən başlıcası azərbaycançılıq ideologiyasının vahid sistem halına salınması məqsədilə kompleks tədbirlər həyata keçirildi. Diaspor quruculuğu, dünya azərbaycanlılarının milli mənəvi birliyinin təmin edilməsi, habelə balanslaşdırılmış xarici siyasət kursunun təmin edilməsi - bütün bunlar ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan qarşısındakı tarixi xidmətlərinin çox az qismidir.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycanı həqiqi müstəqilliyə qovuşduran Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən rəhbərimiz var. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - möhtərəm Prezident İlham Əliyev son 12 ildə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində saysız-hesabsız qətiyyətli addımlar atıb. Cənab İlham Əliyevin özünün də qeyd etdiyi kimi, ötən illərdə Azərbaycanın qazandığı ən böyük uğuru regionda heç bir dövlətdən asılı olmayan müstəqil siyasət yürütməsidir. Bəli, müstəqil respublikamız məhz müstəqil siyasətinə görə regionun bir çox dövlətlərindən fərqlənir.
Etiraf etməliyik ki, bölgədə "for-post" statusunda çıxış edən, yaxud da müəyyən Qərb dövlətlərinin hərbi-siyasi poliqonuna çevrilən ölkələrin sayı az deyil. Bu dövlətlərin müstəqilliklərinin simvolik xarakter daşıdığı, əslində, heç kimə sirr deyil. Təcavüzkar Ermənistanın timsalında bunu aydın görürük. Azərbaycan isə bu gün kifayət qədər mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, müstəqil siyasət yürüdür və milli maraqlarını tam təmin edir.
Əlbəttə, bu gün nəinki regionda, ümumən dünyada ölkəmizin yürütdüyü siyasəti qısqanclıqla qarşılayan, müstəqilliyimizi "həzm etməyən" ölkələrin sayı kifayət qədərdir. Belə bir şəraitdə ölkəmizin balanslı və müstəqil xarici siyasət yürütməsi məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasi kursun mahiyyətindən irəli gəlir.
Heydər Əliyevin şəxsi tərcümeyi-halı Azərbaycan tarixinin ən parlaq və şərəfli səhifələridir

Bəli, Heydər Əliyevin "şah əsəri" olan müstəqil Azərbaycan cənab İlham Əliyevin dövründə daha da möhkəmlənib, qüdrətlənib. Xalqın dəstəyinə güvənən ölkə rəhbəri xarici təhdidlərə, təzyiqlərə əzmlə sinə gərir, milli maraq və mənafeyimizi qətiyyətlə qoruyur. Xalqı milli maraqların müdafiəsi məramı ətrafında səfərbər edərək daxili və xarici düşmənlərə mərkli planlarının heç zaman həyata keçməyəcəyi mesajını verir.
İstər iqtisadi, istər siyasi, istərsə də demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı sahəsində əldə olunan uğurlar Azərbaycanın xarici siyasətdə də mühüm diplomatik uğurlara imza atmasına imkan yaradır. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yürüdən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli geostrateji üstünlüklərindən maksimum faydalı şəkildə yararlanır, habelə beynəlxalq təşkilatlarda layiqli təmsil olunur. Yalnız bir neçə fakt sadalamaqla Azərbaycan diplomatiyasının son illərdəki uğurları barədə dolğun mənzərə yaratmaq istərdim: Azərbaycan son illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olub; AŞ PA Nazirlər Komitəsinə rəhbərlik edib; Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılıb; Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılıb; türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və s.
Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilib. Respublikamızın son illər təşkilatçılıq etdiyi beynəlxalq tədbirlərin sırası ildən-ilə genişlənir: Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü, Krans Montana Forumu, Ümumdünya Davos Forumu, III Qlobal Bakı Forumu...
İki il əvvəl Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin iqtisadi və siyasi nüfuzunun daha bir göstəricisi oldu. Mötəbər idman tədbirinə yüksək təşkilatçılıqla hazırlaşmaq, infrastrukturdan tutmuş texniki məsələlərə, viza rejiminə qədər bütün hazırlıqları yüksək səviyyədə həyata keçirmək təkcə layiqli təşkilatçılığın yox, həm də həqiqi vətənpərvərliyin, Azərbaycan sevgisinin təcəssümü idi. Möhtərəm Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva I Avropa Oyunlarına hazırlığı yüksək vətənpərvərliklə, xalqa və dövlətə sonsuz sevgi hissi ilə həyata keçirdilər. Hazırda , IV İslam Oyunlarının keçirilməsi ərəfəsindəyik. Bakı müsəlman dövlətlərindən olan iştirakçıları qəbul edir.
Azərbaycan bu gün öz mövqeyi, sözü və sözünün kəsəri olan bir ölkədir. Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyev tərəfindən inamla davam etdirilməsi ölkəmizin müstəqilliyini daha da möhkəmləndirir. Dövlətin və xalqın mənafeyini daim önə çəkən bu siyasət həm də real ictimai dəstək alır.
Bu siyasət ulu öndərin vaxtilə söylədiyi bir fikrinin də əbədiyaşarlığını təmin edir: "Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir!"

Cəmil ZƏBHULLAOĞLU

Son xəbərlər

Gəncədə maşın piyadanı vurdu

ABŞ tezliklə narkotik qaçaqmalçılığına qarşı quru əməliyyatlarına başlayacaq

İğdırda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO

“Mançester Siti” Norveç klubuna uduzdu

Məşhur aktyor “Yeraltı”nda - FOTO

Yasamalda buzlu yol qəzaya səbəb oldu - Hərəkət dayandı+Fotolar

İspaniyadakı qəzada ölənlərin sayı - 42-yə çatdı

Küveytdə 20 Yanvar faciəsi qurbanları anılıb - FOTOLAR

Tramp Qrenlandiya ilə bağlı alternativ mexanizmlərə əl ata bilər

Qətərdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

Çempionlar Liqası: “Mançester Siti” Norveç klubuna uduzub, “Brügge” Qazaxıstanda üç xal qazanıb

Prezident Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşdü - Fotolar

Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR

"İlham Əliyevə minnətdarlığımı bildirirəm" - Ermənistan Prezidenti

Ukraynanın Baş naziri: Davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edirik

Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar

Bakı–Şamaxı–Yevlax yolunda qarlı və şaxtalı hava: yollar fasiləsiz təmizlənir, sürücülərə ehtiyatlı olmaq tövsiyə edilir - FOTOLAR

MÜZƏFFƏR MƏZAHİM : AZADLIQ MEYDANIMIZ - FOTO

"Suverenlik satılmır!" - Trampa belə cavab verdi

Trampı saunaya dəvət etdi

“Artıq beynəlxalq təsisatlara etibar etməməliyik”

20 Yanvar Şəhidlərin Qanı ilə Yazılan Milli Qürur Tariximiz - FOTO

Azərbaycanda qarlı hava nə vaxta kimi davam edəcək? - RƏSMİ MƏLUMAT

İlham Əliyev: "Zayed İnsan Qardaşlığı Mükafatı"nı almaq böyük şərəfdir

Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Zelenski: Ukrayna ABŞ ilə sülh planı üzrə danışıqlarda "çıxılmaz vəziyyət" görmür

Prezidentin Davosda “Euronews”a müsahibəsinin - Tam mətni+Fotolar

Prezident: Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir

Bütün xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031