Vanqanın 2020-2021-ci illərə verdiyi bütün proqnozlar üzə çıxdıBolqarıstanın Nostradamusu ölümündən bir az əvvəl 2010-cu ildə bütün dünyanı əhatə edəcək müharibənin olacağını bildirərək belə demişdi: "2010-cu ildə aralarında Hindistanın da olacağı 4 Asiya ölkəsinin liderlərinə qarşı sui-qəsd təşkil olunacaq. Bu sui-qəsd 3-cü dünya müharibəsinin başlanmasına səbəb olacaq. Noyabr ayında başlayacak dünya savaşı 2014-cü ilə qədər davam edəcək".

Milli.Az olaylar.az-a istinadən xəbər verir ki,2015-ci ildir və görünür ki, milyonlarla insanın inandığı Vanqa deyəsən hamını aldadıb. 3-cü dünya müharibəsi başlamayıb. Ya Vanqa bolqarların ürəyinə III dünya müharibəsinin olacağı xofunu salıb ya da məşhur baxıcı illəri qarışdırıb. Vanqaya görə, 2014-cü ildə insanlığın yarısı xərçəngə tutulmalı idi. Lakin statistikaya görə 2008-ci ildə xərçəngə tutulan insanların sayı 12 milyon olub. Bu rəqəm 2030-cu ildə isə 26 milyon olacaq. Vanqanın bu proqnozu da düz çıxmadı. Onun öncəgörməsinə görə dünyanın sonu 5079-ci ildə gələcək. Bir çox öncəgörmənin səhv çıxdığını nəzərə alsaq belə qənaətə gələ bilərik ki, dünyanın sonu 5079-ci ilə olmayacaq.
Lakin bunlara baxmayaraq Vanqanın öncədən gördüyü və artıq həyatda öz təsdiqini tapdığı bəzi proqnozları var.

Məsələn: "İki dəmir quş qüllələrə çırpılacaq, göy üzü işıqlanacaq" (11 sentyabr hücumu) "Kursk su altında qalacaq, bütün dünya arxasınca ağlayacaq" (2000-ci ildə 118 rus əsgərinə məzar olan sualtı qayıqda baş verən müdhiş hadisələr) "Vladimirin (Putin) zəfəri dünyada hər şeyə təsir edəcək" "İqlimlər dəyişəcək " (qlobal istiləşmə) "Amerikanın 44-cü dövlət başçısı qara olacaq. Onun gəlməsindən sonra ölkə böyük bir maliyyə böhranına başlayacaq, dünyaya barış deyil, fəlakət gətirəcək"
Gələcəkdə nələr olacaq?

Vanqanın ölümündən öncə qeyd edilən bəzi proqnozlarına görə, gələcəkdə insan oğlunu ağır günlər gözləyir. Xərçəng xəstəliyinin tüğyan edəcəyindən tutmuş kommunizmin qayıtmasına qədər fikirlər deyən Vanqa nənə 2012-ci ildə qiyamət gününün qopacağını deyənlərdən fərqli olaraq bu faciənin baş verməyəcəyini bildirib. Onun öncəgörməsinə görə dünyanın sonu 5079-ci ildə gələcək. Vanqa nənənin gələcəklə bağlı proqnozları belədir:

2016-cı il. Avropa əhalisi kəskin sürətdə azalacaq.

2018-ci il. Dünyanın yeni süper gücü Çin olacaq. Güclü dövlətlər artıq zəif dövlət olacaqlar.

2020-ci ildə ölümcül virus dünyanı cənginə alacaq.

2021-ci il aclıq, yoxsulluq, xəstəlik hökm sürəcək.

2023-cü il. Yer küresində qeyri-adi hadisələr yaşanacaq.

2028-ci il. Venera planetinə ayaq basılacaq.

2033-cü il. Qütblərdəki buzlar əridiyi üçün Yer kürəsindəki su səviyyəsi yüksələcək.

2043-cü il. Müsəlmanlar dünyanın hakimi olacaq.

2046-cı il. Orqan köçürülməsi ən bəsit iş olacaq.

2066-cı il. ABŞ müsəlmanların nəzarəti altında olan Romaya qarşı iqlim dəyişdirə bilən silahdan istifadə edəcək. Bunun nəticəsində iqlimdə kəskin dəyişikliklər başlayacaq.

2076-cı il. Komunizm dünyaya hakim olacaq.

2084-cü il. Təbiət yenidən canlanacaq.

2088-ci il. İnsanları saniyələr içində qocaldan yeni bir xəstəlik peyda olacaq.

2097-ci il. Bu xəstəliyi müalicə etmək mümkün olacaq.

2125-ci il. Macarıstan kosmosdan siqnallar alacaq.

2130-cu il. Yadplanetlilərin köməyi ilə sualtı mədəniyyət yaradılacaq.

2164-cü il. Heyvanlar yarıinsan halına çevriləcək.

Lakin bunlara baxmayaraq Vanqanın öncədən gördüyü və artıq həyatda öz təsdiqini tapdığı bəzi proqnozları var.

2167-ci il. Yeni bir din ortaya çıxacaq.

2170-ci il. Böyük bir quraqlıq yaşanacaq.

2196-cı il. Avropa və Asiya irqləri tamamilə bir-birinə qarışacaq.

2221-ci il. Başqa planetlərdə həyatın olmasını araşdıranlar qorxunc hadisələrlə qarşılaşacaq.

2288-ci il. Zaman səyahəti mümkün olacaq.

2296-cı il. Günəşdə güclü partlayılar baş verəcək.

2299-cu il. Fransada İslama qarşı bir hərəkat başlayacaq.

2304-cü il. Ayın sirri tapılacaq.

2341-ci il. Qorxunc bir qüvvə Yer kürəsinə yaxınlaşacaq.

2371-ci il. Böyük aclıq yaşanacaq.

2480-ci il. Dünya qaranlığa qərq olacaq.

3797-ci il. Yer kürəsinin sonu çatacaq. Bütün canlılar məhv olacaq. Amma insanlar yeni bir planetdə həyatlarını davam etdirməyi bacaracaqlar.

3803-cü il. Yeni planetdə insanların sayı yavaş-yavaş artacaq. İnsanlar arasında əlaqə zəifləyəcək. Yeni planetin iqlimi insan orqanizmini dəyişdirəcək. İnsanın görünüşü dəyişəcək.

3854-cü il. Mədəniyyətlərin inkişafı tamamilə dayanacaq. İnsanlar heyvanlar kimi sürü halında yaşamağa başlayacaqlar.

3871-ci il. Yeni peyğəmbər peyda olacaq və insanlara əxlaqi dəyərləri öyrədəcək.

3878-ci il. İnsanlar yeni mədəniyyət quracaqlar.

4302-ci il. Yeni şəhərlər tikiləcək.

4304-cü il. Bütün xəstəliklərin qarşısı alınacaq.

4308-cü il. İnsanlar beyinlərinin 34%-dən istifadə edəcək. Pislik və nifrət tamamilə yox olacaq.

4674-cü il. İnsanlar yadplanetlilərə oxşayacaq. Müxtəlif planetlərdə yaşayanların sayı 340 milyarda çatacaq.

5076-cı il. İnsanlar kainatda daha da uzaqlara getmək istəyəcək. Lakin 40% bunun əleyhinə olacaq.

5079-cu il. Dünyanın sonu yaxınlaşacaq

Milli.Az

Son xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31