
Xəbərlər
20.05.2019, 16:50
Azərbaycanda DƏHŞƏT! Naməlum uşaq tapıldı

Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Cəlilabad rayonundan itgin düşən uşağın tapıldığını elan edib.
Sonxeber.az xəbər verir ki, uşağı "Səni axtarıram"ın studiyasına Pirşağa sakini gətirib.
Onun sözlərinə görə, uşağı Sabunçu bazarında görüb:
"Mən uşağı Sabunçu bazarında gördüm. Uşaq orda bir kişiyə yaxınlaşıb onun evində gecələmək istədiyini xahiş etdi. Bu mənzərəni görüb mən yaxınlaşıb uşağa sahib çıxdım. Uşaq bu günə qədər mənə heç bir məlumat verməyib. Ona görə uşağı götürüb bura gətirdim".
Aparıcı uşağı studiyaya çıxardaraq, ailəsinin tapılmasını müraciət edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











