Pavlodarda həkim səhvi nəticəsində uşaq beş il ərzində dərisinin altında qırılmış budaq parçası ilə yaşayıb.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, 2020-ci ildə beş yaşlı oğlan uşağı budağın üzərinə yıxılaraq xəsarət alıb. Kənd xəstəxanasında yara təmizlənib və tikilib. Lakin valideynləri yaranın uzun müddət sağalmamasından və vaxtaşırı iltihablaşmasından narahat olublar.


Bu yaxınlarda 10 yaşlı uşaq neyrocərrahın qəbuluna düşərkən təcili olaraq əməliyyata göndərilib. Həkimlər bütün bu müddət ərzində gicgah nahiyəsində dərinin altında qalmış budaq parçasını çıxarmağa müvəffəq olublar.

“Söhbət 2015-ci il təvəllüdlü oğlan uşağından gedir. İlk baxışdan keçmişdə alınmış o qədər də təhlükəli görünməyən bu travma məhz beş il sonra özünü büruzə verib. Anasının dediyinə görə, o zaman oğlu budağın üzərinə yıxılaraq xəsarət almışdı. Yara açıq idi”, – deyə uşaq travmatoloq-ortopedi, neyrocərrah Talqat Kasım¬bekov bildirib.

Həkimlər xatırladırlar ki, hətta köhnə travmalar belə illər sonra ağırlaşmalara səbəb ola bilər. Buna görə də sağlamlığa diqqətlə yanaşmaq və vaxtında tibbi yardıma müraciət etmək zəruridir.

Son xəbərlər

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31