Azərbaycana qarşı növbəti erməni-yunan TƏXRİBATI: - “Kiprə təcili nota verilməlidir”
“Separatçılar mövcud “qrupları” fəallaşdırmağa və dünyada tərəfdar sayını artırmağa çalışacaqlar”.

Yenicag.az xəbər verir ki, bunu erməni separatçılarının “yol xəritəsi”nin əsas məqsədlərini təhlil edən politoloq Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğluna görə, Ermənistanın “yol xəritə”si fonunda Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dağlıq Qarabağ separatçıları ilə Kipr Yunan Respublikası arasındakı əlaqələri araşdırmasına və yunanlara xəbərdarlıq mesajı göndərməsinə ehtiyac var:

“Erməni separatçıları İrəvanla birgə əvvəlcə işğal altındakı Şuşada “andiçmə mərasimi” keçirdilər. Separatçıların yeni “prezidenti” ikinci mərhələdə “təyinatlar” həyata keçirdi. Hazırda separatçılar növbəti mərhələyə keçiblər. Söhbət separatçıların reallaşdırmağa çalışdığı “yol xəritəsi”ndən gedir. İlk olaraq yunanlardan başlayıblar. Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ separatçıları ilə Kipr Yunan Respublikası arasındakı əlaqələri araşdırmasına və yunanlara xəbərdarlıq mesajı göndərməsinə ehtiyac var.

Məsələ burasındadır ki, Dağlıq Qarabağ separatçılarının “parlament sədri” Artur Tovmasyan iyunun 10-da açıqlama verərək, Kipr Respublikası ailə “Artsax-Kipr” dostluq qrupu formalaşdırdıqlarını bildirib. Bu, qeyri-rəsmi klub deyil, qrupa Kipr Yunan Respublikası tərəfindən bu ölkənin deputatları, bələdiyyə üzvləri və adanın müxtəlif siyasətçiləri daxildirlər. Kipr Yunan Respublikası bu yolla Dağlıq Qarabağ separatçıları ilə rəsmi təmas qurmuş olur.

Əslində, erməni separatçılarıyla adı çəkilən qrupun yaradılması təşəbbüsü martın əvvəllərində Kirpdə verilmişdi. Tərəflər dünyanı bürüyən koronavirus epidemiyasına baxmayaraq, bu aylarda ciddi çalışıblar və əməkdaşlığı genişləndirmək üçün “yol xəritəsi” tərtib ediblər. İşin arxasında Yunanıstanın olmasına dair şübhələr var. Yunanıstanla Türkiyə arasındakı münasibətlər son zamanlar gərginləşib. Görünür, rəsmi Afina Bakı-Ankara strateji ittifaqının güclənməsinə Kiprdəki yunanlar vasitəsilə cavab verir. Rəsmi Afina istəsə Kiprdəki yunanlarla Dağlıq Qarabağdakı ermənilər arasındakı intensivləşən əlaqələrə son qoya bilər. Separatçılarla ada vasitəsilə əlaqələr davam edirsə, demək rəsmi Afina belə istəyir”.

Elxan Şahinoğlunun fikrincə, Ermənistan yunanlarla yaratdığı klubun fəaliyyəti vasitəsilə bir müddət sonra Kipr Yunan Respublikasının “Dağlıq Qarabağ Respublikasını” rəsmən tanıyacaqlarına ümid edirlər:

“Erməni separatçıları məqsədlərini gizlətmirlər. Onlar yunanlarla yaratdıqları klubun fəaliyyəti vasitəsilə bir müddət sonra Kipr Yunan Respublikasının “Dağlıq Qarabağ Respublikasını” rəsmən tanıyacaqlarına ümid edirlər. Bu məsələdə erməni lobbisi yunan lobbisi ilə birgə çalışır. Azərbaycan bu əlaqələri görməzlikdən gələ bilməz. Əks halda, erməni separatçılarının formalaşdırdıqları “dostluq” qruplarının sayı artacaq. Separatçılar mövcud “qrupları” fəallaşdırmağa və dünyada tərəfdar sayını artırmağa çalışacaqlar.

Tərtib etdikləri “yol xəritəsi”nin əsas hədəflərindən biri bölgəyə səfərlərin artmasını təmin etməkdir. Əlbəttə, hazırkı pandemiya dövründə bunu reallaşdırmaq mümkün deyil. Separatçıların bütün hazırlıqları postpandemiya dövrünə hesablanıb. Separatçıların və erməni lobbisinin məqsədi bu “qruplar” vasitəsilə işğalı rəsmiləşdirməkdir. Hələ ki, bu onlarda alınmır. Ancaq separatçılar, Ermənistan hakimiyyəti və erməni lobbisi çalışmalarına ara vermirlər.

Bu baxımdan, Azərbaycan XİN birbaşa və ya Yunanıstan üzərindən Kipr Yunan Respublikasına nota göndərməlidir. Qoy rəsmi şəkildə desinlər ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və yaradılan qrupun Kipr Yunan Respublikasının rəsmi qurumlarına aidiyyatı yoxdur. Əgər belə bir cavab verərlərsə, bu erməni separatçılarına tərs şillə sayıla bilər. Yox əgər yunanlar Azərbaycan XİN-in notasına reaksiya verməzlərsə və ya məntiqsiz cavab verərlərsə, biz də onlara Kuzey Kıbrıs Türk Cumhuriyyəti ilə əlaqələrimizi daha üst səviyyəyə qaldıra biləcəyimizlə bağlı mesaj göndərə bilərik”.

Son xəbərlər

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31