Əməkdaşlıq tərəfdaşlığa çevrilir

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri bir çox cəhətdən tarixi əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində imzalanacaq sənədlər onun tarixi əhəmiyyəti ilə bağlı mühüm mesajlar verir.

Bu səfər ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır.

Belə ki, artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir.

Strateji İşçi Qrupu yaradılır

Bunun əsas göstəricisi isə səfər zamanı imzalanacaq “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”dur.

Bu Memorandumla yeni Strateji İşçi Qrupu yaradılır

Strateji İşçi Qrupu Azərbaycan-ABŞ strateji tərəfdaşlığı üç istiqamət üzrə işləyəcək.

Əsas istiqamətlər enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılardır.

Eyni zamanda süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə da əsas istiqamət olaraq nəzərdə tutulur.

Digər istiqamət isə müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıqdır.

Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.

Birgə Bəyannamədə nələr var?

Səfər çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir.

Məlumata görə, Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsi üçün ATƏT-in Baş Katibinə birgə müraciət ediləcəyi təsdiqlənir.

Həmçinin, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır.

Bu isə o deməkdir ki, sülh müqaviləsinin imzalanması üçün lazım olan ikinci şərt- Ermənistan Konstitusiyasına dəyişiklik etmək şərti təsdiqlənir.

İmzalanacaq Bəyannamədəki başqa mühüm məsələ isə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru yolla maneəsiz keçidin təmin edilməsinin təsdiqlənməsidir.

Bu isə "Zəngəzur dəhlizi"nin reallaşması deməkdir.

Sülh sazişinin mətni paraflanır

Prezident İlham Əliyevin ABŞ səfəri çərçivəsində baş tutacaq növbəti mühüm məsələ isə "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Saziş"in mətninin paraflanmasıdır.

Bu sənəd, qısa ifadə etsək, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını nəzərdə tutur.

Bu isə tərəflərin saziş layihəsinin bütün bəndləri üzrə konsensusa gəlmələrinin və onun məzmunu ilə razılaşmalarının təsdiqidir.

Bu sənəd tərəflərin tam hüquqlu və hüquqi öhdəliyi olan sülh sazişinin bağlanmasına doğru irəliləməyə hazır olduğunu göstərir.

"907-ci düzəliş" dayandırılır

Səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacağı da gözlənilir.

Qeyd edək ki, ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul olunmuş bu sənəd Azərbaycanın maraqlarına zidd olan və ədalətsiz qanunvericilik aktıdır. Bu düzəliş, Azərbaycan Respublikasına ABŞ hökumətinin birbaşa yardımını qadağan edirdi.

Azərbaycanla ABŞ arasında münasibətlərin əməkdaşlıqdan strateji tərəfdaşlığa çevrilməsinin göstəricilərindən biri də 33 il sonra bu ədalətsizliyin aradan qaldırılmasıdır.

Son xəbərlər

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31