“Guya sənin arvadın bundan artıqdır” sözünə görə qətl və 15 il həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən Əhmədov Bəxtiyar Arif oğluna hökm oxunub.

Bizimyol.info xəbər verir ki, Bəxtiyar Əhmədov dostu Fikrət Salmanovu öldürməkdə təqsirləndirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə tərəflər arasında mübahisə yaranıb. Mərhum içkili vəziyyətdə avtomobilə oturarkın sevgilisini gösətərərk, Bəxtiyara “polisə arxada oturan qızın arvadın olduğunu deyərsən” deyib. Bəxtiyar buna etiraz edəndə Fikrət “guya sənin arvadın ondan artıqdır?” deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə də cinayət hadisəsi baş verib.

Məhkəmədə ifadə verən təqsirləndirilən 13 illik dostu ilə mübahisə edib. Buna səbəb isə mərhumun ona qarşı işlətdiyi ifadə olub.

“Biz neçə illərin dostuyuq. 5 manat tapanda da bölmüşük. Kiçik ticarətlə məşğul olurduq, rayonlardan heyvan da gətirib satırdıq. Bir-birimizə dəstək olurduq. Yaxşı, pis günümüz də bir olub. Mən onun uşağını məşqə aparırdım. Hər gün də işdən sonra görüşürdük. Çay içirdik, söhbət edirdik. Elə həmin gün də işdən sonra Fikrət mənə zəng elədi ki, “Neftçilər”də restoranda oturmuşam. Məni də dəvət etdi. Gedəndə gördüm ki, qızla oturub. Həmin qız Fikrətin sevgilisi idi. Onlar içki içirdilər, mən də onlarla əyləşdim.Hardasa 50-100 qram da mən içmişdim”.

“Polis saxlasa, 500-600 cərimə yazacaqdı”

Təqsirləndirilən deyib ki, Fikrət arada ondan 10 manat alıb batıra çıxıb və bir azdan qayıdıb. “Fikirləşdim ki, hesabı bağlamağa gedir. Gələndən sonra yenə də otuduq. Söhbət edib, çay içdik. Fikrət dedi ki, gedək. Mən də etiraz elədim. Çünki içkili idi. Dedim ki, yolda polis bizi saxlayacaq. Amma mənə qulaq asmadı. Biz dostuq, polis saxlasa, 500-600 cərimə yazacaqdı. Gərək yarısını da mən verərdim. Dedim ki, gəl, ayıq sürücü çağıraq, 5 manat verək bizi aparsın. Dedi ki, yox, özümüz gedək”.

“Dedi ki, yolda polis saxlasa, mən özümü karlığa qoyacam, sən də özünü lal kimi apar”

Dostlar arasındakı mübahisə də bundan başlayıb: “Polis saxlasa nə edəcəyimizi soruşanda mənə qarşı xoşagəlməz ifadə işlətdi. Dedi ki, yolda polis saxlasa, mən özümü karlığa qoyacam, sən də özünü lal kimi apar. Dedi ki, polisə söyləyərsən ki, arxada oturan da arvadımdır. Bu sözə çox əsəbləşdim. Dedim ki, nə danışdığını bilirsənmi? Buna görə mübahisə elədik. Yolda birinci məni düşürdəcəkdi. “Xalqlar Dostluğu”nda parkın yanında saxladı, maşından düşüb parka təəf gedəndə o da arxamca gəldi. Mən də əsəbi idim.Gördüm ki, əlində bıçaq var. Çox aqressiv hərəkət edirdi. Mən gözləyirdim ki, məndən üzrxahlıq edəcək. Etdiyi sözə görə üzr istəyəcək. Amma əksi oldu. Artıq gözləri bərəlmişdi, qışqırırdı. Məni vuracağını düşündüm. İki əlimlə onu qucaqladım ki, nəsə eləməsin. Sonra onu itələdim. Əlimdən çıxan kimi çox sürətlə qaçdı. Mən də maşına tərəf getdim. Maşını yolun kənarına çəkdim, qızı da taksi ilə yola saldım. Özüm də evə getdim. Onu vurduğumu bilmirəm. Onu nəinkiöldürmək, heç xəsarət yetirmək niyyətim də olmayıb”.

“Fikrətin üstündə həmişə bıçaq olurdu”

Sualları cavablandıran Bəxtiyar Əhmədov həmin gün narkotik vasitə çəkdiklərini də söyləyib: “Restoranda məndən 10 manat alıb qayıdandan sonra cibindən marixuana çıxardı. Bir siqaretdən də kiçik idi. Yandırdı, bir tüstü mən çəkdim, sonra qıza verdim, sonra da Fikrət çəkdi”.

Bəxtiyar Əhmədov suallara cavabında dostu ilə ilk dəfə idi mübahisə etdiyini deyib.

Mərhumun və özünün də üzərində bıçaq gəzdirməsi ilə bağlı da sualı cavablandıran Bəxtiyar bunları deyib: “Fikrətin üstündə həmişə bıçaq olurdu. Mən də hərdən, rayona mal gətirməyə gedəndə bıçaq götürürdüm”.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü B.Əhmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Serial üçün imicini dəyişdi - Fotolar

DƏRD ORTAQLIĞI VƏ TALE OXŞARLIĞI - FOTO

Bir milyona villa aldı - Foto

“Qarabağ”ın biletləri bu gün satışa çıxarılır

Gecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama

HDQ-də dalğıc kursunun növbəti buraxılış mərasimi keçirilib

SÖZÜN KÖLGƏSİNDƏ YAŞAYAN ADAM - FOTO

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Media: İraqdakı ABŞ konsulluğuna yaxınlaşan dörd PUA vurulub

Zelenski Polşaya söz verdi - Arxivlər açılacaq

ABŞ İrana ardıcıl zərbələr endirib

Azərbaycan güləşçisi reytinq turnirində fərqlənib

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

MİRFAİQ-60 TƏBRİK EDİRƏM!- FOTO

Məlahət Behbudqızı ✍️ : Dinləyənə bir ömürlük dastan var - FOTO

“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq

Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

KVN-nin əfsanəvi rejissoru dünyasını dəyişdi

Hərbçimiz həlak oldu - Fotolar

“Kevin”in dostu vəfat etdi

“Bozo”nun düşmənini canlandıracaq

"Ləğv edilən" PKK regional və qlobal təhlükə mənbəyi olaraq qalır - ŞƏRH

Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031