Pensiya alanlara ŞAD XƏBƏR - Vaxtından əvvəl veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu ilin yekunlarına əsasən yaranmış 200 milyon manat dəyərində “Təhlükəsizlik yastığı” adlı ehtiyatı var. Əgər tələb olunarsa, mart və aprel ayları ərzində pensiya ödənişi arasında heç bir fasilənin olmaması üçün iş aparılacaq. Pensiya və bütün sosial ödənişlərin ödənilməsi gecikdirilməyəcək, əksinə, vaxtından əvvəl ödəniləcək.

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
B.Hüseynov qeyd edib ki, xüsusi karantin rejimi ilə əlaqədar əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı dövlət sosial yardımların ödənişlərin veriilmə qrafikində dəyişiklik edib. Bir qayda olaraq, hər ayın ortasında respublika üzrə əmək pensiyaları, ayın ikinci ongünlüyündə digər ödənişlər həyata keçirilirdi:

“Ancaq xüsusi karantin rejimi ilə əlaqədar bu qrafik daha əvvələ çəkilib. Sumqayıt şəhəri, Abşeron rayonu, Bakının Səbael, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları üzrə ayın 8-də, Nizami, Nərimanov və Xətai rayonları üzrə isə ayın 9-da ödənişlər həyata keçiriləcək. Xəzər, Piallahı, Sabunçu, Suraxanı rayonlarında 10-da, digər rayon və şəhərlər üzrə isə ayın 15-dək həyata keçiriləcək. Xüsusi karantin rejimində əmək pensiyaları, sosial müavinətlərin, kompensasiyaların və ünvanlı sosial yardımların ödənilmə qrafikinin dəyişilməsində məqsəd məhz bankomatların qarşısındakı növbələrin qarşısını almaq üçündür".

Onun sözlərinə görə, yaşı 65-dən çox insanların pensiyalarının ala bilməsi üçün müəyyən addımlar atılıb:

“İlk hərəkət məhdudiyyəti yaşı 65-dən çox olan insanlar üçün tətbiq edilib. Həmin vaxtdan etibarən 65 yaşdan yuxarı olan və tənha yaşayan şəxslər nazirlik tərəfindən sosial xidmətə qəbul edilib. Əgər 24 mart tarixindən əvvəl ölkə üzrə yaşı 70-dən yuxarı olan təqribən 7500 şəxsə evində sosial məişət xidməti göstərirdiksə, artıq bu gün həmin statistika 12 400 nəfərə çatıb. yaşı 65-dən yuxarı olan 5000-dən çox şəxs sosial xidmətə qəbul edilib. Sosial xidmətə qəbul edilmə dedikdə, həmin şəxslərin küçəyə çıxamaması üçün zəruri ərzaqla təminatı, apteklərdən dərmanların alınması, icbari ödənişlərin həyata keçirilməsi və evdə sosial məişət xidmətlərinin göstərilməsidir. Bu kimi xidmətlərdən istifadə etmək üçün yaşı 65-dən çox olan şəxslər Çağrı Mərkəzinə zəng etməklə qeydiyyata alınması tövsiyə edilib”.

Son xəbərlər

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930