İsveçdə “Qarabağ və Qərbi Azərbaycan: Zəfər təntənəsi” adlı onlayn simpozium keçirilib
Oktyabrın 26-da Stokholmda Dünya Azərbaycanlıları Beynəlxalq Fondu, İsveç Azərbaycanlıları Konqresi, “Türksan” Türk Dünyası Mədəniyyət və İncəsənət Mərkəzi, Stokholm və Sankt-Peterburq Universitetləri, həmçinin “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ və Qərbi Azərbaycan: Zəfərin təntənəsi” adlı beynəlxalq elmi onlayn simpozium keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci il Vətən Müharibəsində zəfərin əhəmiyyətinə həsr olunmuş simpoziumda 13 ölkədən 200-dən çox adam iştirak edib.

Giriş nitqi ilə çıxış edən “Türksan” sədri Ellada Gərayzadə qeyd edib ki, simpoziumda iştirak etmək üçün müraciətlərin çoxluğu elmə və Türk dünyasına marağın nə qədər geniş olduğunu bir daha sübut edir.

“Qarabağdakı qələbə təkcə Azərbaycanın hərbi uğuru deyil, həm də xalqımızın birliyinin, əzmkarlığının və tarixi ədalətin təntənəsinin rəmzidir. Müasir Azərbaycanda Qərbi Azərbaycan anlayışı siyasi və diplomatik müzakirələrdə yenidən gündəliyə gəlib. Qarabağ münaqişəsinin artıq mübahisəli məsələ olmadığı bir vaxtda, Ermənistandan köçürülmüş, o cümlədən Qərbi Azərbaycanı tərk etməyə məcbur olan azərbaycanlı icmalarla bağlı daha mühüm müzakirə mövzusu olmaqda davam edir. Azərbaycan hökuməti bu qaçqın qrupların geri qayıtmaq hüququnu və regionda onların mədəni irsinin qorunub saxlanmasını istəyir.

Bu məsələnin Azərbaycanın milli kimliyinə də təsirləri var. Tarixi ədalətsizlik, məcburi köçkünlük və mədəni irsin bərpası istəyi ilə bağlı rəvayətlər ölkənin diplomatik və sosial mövqeyinin formalaşmasında mühüm rol oynayır. Bu kontekstdə Qərbi Azərbaycan sadəcə coğrafi ad deyil, Azərbaycanın öz mədəni və tarixi itkilərinin tanınması uğrunda apardığı mübarizənin əsas elementidir”, - deyə E.Gərayzadə davam edib.

İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan ordusu sayəsində işğal olunmuş torpaqlar azad edilib və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. O, həmçinin diqqətə çatdırıb ki, İsveçdə belə bir tədbirin təşkili 8 noyabr Zəfərin qeyd olunmasında mühüm addımdır.

“Tədbir təkcə elmi müzakirələr üçün deyil, həm də tariximizi, mədəniyyətimizi, milli qürurumuzu qorumaq üçün platforma rolunu oynayır. Qərbi Azərbaycanda tarixi ədalətin bərpası məsələsi bizim müzakirələrimizin əsas istiqamətlərindən biridir. İsveç kimi cəmiyyətlərdə bu mövzuların müzakirəsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə o, əlavə edib.

Son xəbərlər

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Ceyhun Bayramov litvalı həmkarı ilə regiondakı cari vəziyyəti və sülh prosesini müzakirə edib

FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib

Sulutəpə və Xocasən qəsəbələrində qaz olmayacaq

Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930