Deputatlıq eşqinə düşən məşhurlarımız – Puç olan arzular
Bir neçə gündür Xalq artisti Afaq Bəşirqızının Parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilib, istifadəçilər A.Bəşirqızını Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın əvəzinə Milli Məclisdə görmək istədiklərini bildiriblər. Bu kanpaniyaya qoşulanlar arasında məşhur simlara, sənətçilər də var.

Dünya təcrübəsi göstərir ki, incəsənət nümayəndələri nəinki öz peşələri ilə məşğul olur, hətta ölkənin ictimai-siyasi həyatında da iştirak edə bilirlər. Elə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri arasında da deputat seçilənlər, seçilmək istəyənlər az deyil. Seçilmişlər bəllidir, bəs görəsən deputat seçilmək istəsə də, arzusu ürəyində qalan sənətçilərimiz kimlərdir

Hokm.az "Yeni Sabah”-a istinadən parlament seçkilərində namizədliklərini irəli sürən və deputat olmaq arzusunu dilə gətirən azərbaycanlı sənətçiləri təqdim edir:

Bəstəkar-müğənni Elza Seyidcahan 2015-ci ildə parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. Xanım ifaçı namizədliyini irəli sürsə də, seçilməyib. O, deputat olmaq istəyini dilə gətirməklə, mərhum müğənni İlhamə Quliyeva ilə qalmaqal da yaşamışdı.

Xalq artisti Flora Kərimova 2005-ci ildə parlament seçkilərində iştirak edib. 42 saylı Sumqayıt Seçki Dairəsində namizədliyini irəli sürən xanım ifaçı qalib də gəlib. Lakin həmin dairədə nəticələr ləğv olunduğuna görə, o deputat ola bilməyib. Onun sözlərinə görə, hətta yaşanmış problemlər məhkəmə yolu ilə öz həllini tapıb: "Haqqımı Avropa Məhkəməsi bərpa etdi. Bütün bu problemdən sonra artıq qətiyyətlə deyə bilərəm ki, deputat olmaq istəmirəm”.

Xalq artisti Akif İslamzadə 57 saylı Kürdəmir Seçki Dairəsində deputatlığa namizədliyini irəli sürüb. A.İslamzadə namizədliyini irəli sürsə də, seçilməyib.

Bəstəkar Cavanşir Quliyev də deputatlığa namizəd olanlar sırasındadır. O, vaxtilə 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyini irəli sürüb, seçilməyib

Namizədliyini irəli sürənlərlə yanaşı, bu arzuda olanlar da var:

Xalq artisti Bilal Əliyev xalqın seçimi ilə parlamentdə təmsil olunmaq istədiyini bildirmişdi: "Əgər xalqım istəyərsə, tələb edərsə ki, biz Bilal Əliyevin vəkilimiz olmasını istəyirik, onda mən xalqın qarşısına çıxaram. Haradan seçilsəm, o bölgəni cənnətə çevirərəm, dəyişikliyi hamı görər ki, deməli, belə işləmək lazım imiş”.

Şou-biznesdə "Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova da deputatlıq arzusunda olanlar sırasındadır. Bu haqda ifaçı özü açıqlamasında bildirib.

Tanınmış prodüser və teleaparıcı Tarix Əliyev də deputat olmaq arzusundadır. O, 2 gün öncə parlament seçkilərində iştirak etmək istədiyini dilə gətirib. Tolik eyni zamanda bununla bağlı izləyicilərinə sual da ünvanlayıb: "Sizcə seçkilərdə iştirak edimmi?”

Son xəbərlər

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930