
Xəbərlər
21.11.2019, 20:46
SON DƏQİQƏ! BDU-nun yataqxanasında 3 tələbə zəhərləndi, onlardan biri ölüb

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
Anews.az-in xəbərinə görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar.
Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.
Səhiyyə Nazirliyindən "Report"a məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicələri davam edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












