
Xəbərlər
30.12.2022, 14:02
84 yaşlı qadını itlər parçalayaraq öldürdü - Azərbaycanda

Goranboyda yaşlı qadın itlərin hücumuna məruz qalıb.
Hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Kənd sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb.
Yaşlı qadın xəstəxanaya aparılıb, onun öldüyü məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












