Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş olub
Dekabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda mövcud vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər istiqamətlər üzrə mövcud ikitərəfli əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, Azərbaycan ilə Rusiya arasında mövcud müqavilə-hüquq bazasının, intensiv siyasi dialoqun və artan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. İkitərəfli münasibətlərlə yanaşı, iki ölkənin regional səviyyədə əməkdaşlıq məsələləri diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qeyri-qanuni iqtisadi fəaliyyətə cavab olaraq Laçın yolu ətrafında etirazlar müzakirələrin əsas mövzusu olub. Ceyhun Bayramov 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat və liderlər arasında əldə edilmiş razılıqlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan tərəfindən sözügedən üçtərəfli Bəyanatın müddəalarının pozulmasının, Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı və bununla bağlı ekoloji vəziyyətin gərginləşməsinin, Ermənistan tərəfindən üçtərəfli Bəyanatda yalnız humanitar məqsədlər üçün istifadəsinin nəzərdə tutulduğu Laçın yolundan sui-istifadə hallarının Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olduğu bildirilib. Bununla yanaşı, davam edən mina təhdidləri və Laçın yolundan istifadə etməklə minaların ötürülməsi halları bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.

Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfindən guya Azərbaycanın Laçın yolunu bağlaması, ərazilərimizdəki erməni sakinlərin “blokada”ya alınması haqqında əsassız iddiaların həqiqəti əks etdirmədiyi və bu iddiaların Laçın yolundan nəqliyyat vasitələrinin maneəsiz keçidini əks etdirən videogörüntülər tərəfindən təkzib edildiyi vurğulanıb. Bununla yanaşı, Azərbaycan tərəfinin oktyabr 2-də Cenevrədə görüş zamanı Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin elementləri üzrə danışıqların Moskvada keçirilməsi nəzərdə tutulan növbəti raundunda Ermənistanın iştirakdan imtina etməsinə baxmayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsinə Azərbaycanın qətiyyətli olduğu bildirilib.

Nazir Sergey Lavrov Azərbaycan ilə Rusiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin inkişafından bəhs edib. Bu xüsusda, əlaqələrin daha da inkişafı üçün geniş potensialın mövcudluğu diqqətə çatdırılıb. Rusiya XİN-in başçısı bölgədə mövcud olan gərginliyin aradan qaldırılması, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində üçtərəfli bəyanatların icrasının vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan və Rusiya xarici işlər nazirləri jurnalistlər üçün brifinq keçiriblər.
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş olub
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş olub

Son xəbərlər

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Mbappe Peleni geridə qoydu

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

Fransa mundiala qələbə ilə başladı

QADIN YARADAN, YAŞADAN VƏ QORUYANDIR... - FOTOLAR

NATO müdafiə sistemlərini Türkiyəyə köçürür

Cennifer ilk dəfə boşanmasından yazdı

Əsəd Cahangir - 60 TƏBRİK EDİRİK!

Haqqın qulu olmuşlara Rəhman kömək etmir - QƏZƏL

"Şakir Paşa ailəsi"ndən sonra ünvanı bu serial oldu - FOTO

Məşhur cütlüyün serialı ləğv edildi

Əməkdar mədəniyyət işçisi ağır qəzaya düşdü - Fotolar

Fərhad Mehdiyevin qızı faciəvi şəkildə öldü

Aİ azərbaycanlı iş adamına və Sumqayıt şirkətinə sanksiya qoydu

"Bereketli topraklar"ın aktrisası yeni serialda - FOTO

Mütəxəssislərdən xəbərdarlıq - mətbəxdəki bu əşya yanğına səbəb ola bilər

Xırdalanda 3300 metr yeni kanalizasiya kollektoru inşa edilir

Həbs müddəti azaldıldı

Ecenin öldüyü gecə yaşananları - Anası açıqladı

25 il sonra doğulduğu evə getdi - Foto

44 yaşlı usta emalatxanada öldü

24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi oldu

Hakan Fidan və Lavrov nələri müzakirə edəcəklər?

"Şəfa"da yeni müqavilə

Müəllimlər vahid geyim formasına keçəcək?

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir - Fotolar

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930