Zaur Baxşəliyev 12 il həbs oluna bilər - İDDİA
Xəbər verdiyimiz kimi, “Azad Azərbaycan” telekanalında yayımlanan “Bizimləsən” layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət olunub.

Turaztv.az Press.az-a istinadən xəbər verir ki, verilişə müraciət edən Rəmziyyə Cəfərova adlı qadın iddia edib ki, övladının əməliyyatı üçün 75 min manat lazım olsa da, Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyi tapşırıb.

“Mən razı olmadım. Daha sonra bizi efirə buraxdı. Bir neçə ailə üçün bir karta pul yığılmasına razılıq verdik. Karta 180 min manat pul yığıldı. Amma bizə köməklik edilmədi”, - deyə qadın bildirib.

Məsələnin hüquqi tərəfləri ilə bağlı hüquqşünas Ələsgər Məmmədlinin fikirlərini öyrəndik.

Hüquqşünas Bakupost.az -a açıqlamasında qeyd edib ki, əgər belə hal varsa, bu, artıq hüquqi işlər tələb edir:

“Hüquq-mühafizə orqanları bu məsələyə hüquqi qiymət verməlidirlər. Həqiqətən efirdə pul toplanıb elan olunduğu məqsədə yönəldilməyibsə, burada dələduzluq ehtimalı var. Dələduzluq ehtimalı ilə bağlı araşdırma başlamalıdır. Əgər problemin həllinə yönələn miqdardan artıq pul yığılıbsa, bu halda digər qismi başqa bir insanın probleminin həllinə yönəldilə bilər. Bu, tamamilə yardım kampaniyasının mahiyyətindən asılıdır. Bir sözlə, həmin vəsait məqsədə yönəlməlidir”.

Ə.Məmmədli yardım kampaniylarının televiziyada olmasının heç bir qanuni pozuntu olmadığını bildirib

“Televiziya kütləvi cəmiyyətə çıxış imkanıdır. Bu baxımdan hətta Qərb, Avropa ölkələrinin televiziyalarında belə yardım kampaniyaları ola bilir. Bu kampaniyalar hadisənin mahiyyətinə, problemin aradan qaldırılmasına görə olur. Bu baxımdan qanunvericilik bir məhdudiyyət qoymur. Bu aspektdən baxsaq, televiziyada belə bir çağırışın olması və kimlərinsə həmin şəxsə yardım etməsi hüquqi baxımdan problem təşkil etmir. Problem həmin çağırışdan sonra toplanan vəsaitin məqsədinə xərclənməməsidir”.

Hüquqşünasın sözlərinə görə, hadisənin KİV-də yayılması hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi üçün əsasdır:

“Cinayət Prosessual Məcəlləsinə görə problemin KİV-də yayılması avtomatik olaraq hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi üçün əsasdır. Hüquq-mühafizə orqanları bu hadisəni dərhal nəzarətə alıb araşdırmaldır. Doğrudan da, deyilən kimi, şəxsin adından istifadə olunaraq 180 min pul yığılıb və həmin şəxsin probleminə bir qəpik belə xərclənməyibsə, bu, artıq ciddi dələduzluqdur. Cinayət Məcələsinin 178-ci maddəsi ilə külli miqdarda sui-istifadə məsələsi və 12 ilə qədər həbs cəzası nəzərdə tutulur”.

Son xəbərlər

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31