Avtovağzallarda sərnişin axınının bərpası üçün yeni təkliflər hazırlanır

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) təqdim edəcəklər.

Nazirlikdən verilən xəbərə görə, bu barədə RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində ölkədə fəaliyyət göstərən avtovağzal və avtostansiyaların rəhbərləri ilə keçirilən görüşdə bildirilib.

Görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası dövründə sərnişin axını nəzərəçarpacaq dərəcədə azalıb və bununla da avtovağzalların rentabelliyində azalma baş verib.

Hazırda əsas problem avtovağzallardan kənar, heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində avtovağzallarda qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur. Sahibkarlar işlətdikləri nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkirlər. Eyni zamanda sərnişinlərin həyatı, sağlamlığı və yollarda təhlükəsizliklə bağlı ciddi problemlər yaranır.

Görüşdə, həmçinin sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da diqqətə çatdırılıb.

Bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasına görə tariflərin qeyri-rentabelli olduğu vurğulanıb.

Tədbirdə sərnişin daşınması sahəsində təhlükəsizliyin təmin edilməsi üçün reysqabağı texniki yoxlamanın və sürücülərin tibbi müayinəsi sisteminin təkmilləşdirilməsi məsələsi də müzakirə edilib.

Görüş zamanı avtovağzal rəhbərləri bir sıra təkliflərlə çıxış ediblər. Onlar ara dayanacaqlarının sayının azaldılmasına, avtovağzallar arasında məlumat mübadilə sisteminin qurulmasına, reys cədvəllərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.

Görüşdə kommunikasiya çevikliyinin təmin edilməsi məqsədilə avtovağzal rəhbərləri üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə vahid əlaqə kanalının yaradılması və məsul şəxsin təyin edilməsi qərara alınıb.

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq təqdim edəcəklər.

Növbəti mərhələdə bu istiqamətdə tədbirlər planının hazırlanması və onun icrası nəzərdə tutulub.

Son xəbərlər

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31