Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat veribBu gün şanlı ordumuz tərəfindən Suqovuşanın azad olunmasından bir il ötür. 44 günlük Vətən müharibəsində azad edilən Suqovuşan su anbarının suyu artıq bölgədəki torpaq sahələrinin suvarılması üçün istifadə olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Suqovuşan su anbarında görülən işlər Tərtərçay Hidroqovşağının İstismar İdarəsi tərəfindən həyata keçirilir. Suqovuşan su anbarı işğal altına düşməmişdən əvvəl Qarabağ bölgəsində 86270 hektar sahəni suvarma suyu ilə təmin edirdi. 1990-cı illərin əvvəllərində Suqovuşan və Sərsəng su anbarlarının, həmçinin sağ sahil magistral su kanalının erməni işğalı altına düşməsindən sonra həmin ərazilərin suvarılmasında çox böyük çətinliklər yaranmışdı. Ancaq Azərbaycan Ordusunun zəfəri artıq bu çətinlikləri də geridə qoydu. İndi azadlığına qovuşan Suqovuşan su anbarının saf, göz nuru kimi təmiz suyundan əsl sahibləri istifadə edir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Mehman Kərimovla elə Suqovuşan su anbarında söhbət edirik. Bildirir ki, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının 40 min hektara yaxın torpaq sahəsinin suvarma suyu Tərtər çayından qidalanan 3 torpaq kanal – Xanarx, Xoruzlu və Təley arxı vasitəsilə təmin edilir. Vətən müharibəsindən sonra bu rayonların suvarma suyu ilə təminatında böyük irəliləyiş olub. Həmin rayonlara 260 milyon kubmetrdən artıq suvarma suyu verilib. Suvarılan ərazilərdə əsasən pambıq, taxıl, çuğundur, yonca və digər kənd təsərrüfatı məhsulları becərilib və bol məhsul götürülüb.

Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Faydalı həcmi isə 5 milyon kubmetr təşkil edir. 2021-ci ildə rayonların su təminatını yaxşılaşdırmaq məqsədilə idarə tərəfindən istismar tədbirləri planı əsasında cari və əsaslı təmir işləri yerinə yetirilib, beton kanallar və onlar üzərində olan hidrotexniki qurğular təmir olunub, torpaq kanallarda lildən təmizlənmə işləri aparılıb.

Mehman Kərimov deyir ki, ötən 8 ayda 196 min kubmetr, yəni 75 kilometr uzunluqda torpaq və beton məcralı kanallarda təmizləmə işləri yerinə yetirilib. İdarənin balansında 391,6 kilometr kanal var. Onun 222,5 kilometri torpaq, 169 kilometri isə beton üzlüklüdür. Beton üzlüklü kanalların 92 kilometri magistral, 76 kilometri paylayıcı kanallardır.

Suqovuşan su anbarından götürülən su uzun müddət işğalda qalan və istifadə olunmayan kanallar vasitəsi ilə əkin sahələrinə çatdırılır. Bu günə kimi kanallar kol-kosdan təmizlənib və suyun axını üçün şərait yaradılıb. Hazırda bu işlər davamlı olaraq aparılır. Həmçinin hidrotexniki qurğuların və hidropostların cari təmiri də yerinə yetirilir.Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib
Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib
Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib
Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib
Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib
Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib
Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib
Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib

Son xəbərlər

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31