Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - TƏHLÜKƏ

Paytaxtın mərkəzində, xüsusilə də şəhərətrafı qəsəbələrdə sahibsiz itləri görmək adi hala çevrilib. Baş verən xoşagəlməz hadisələrdən məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir.

Modern.az-ın məlumatına görə, bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Hüseyn Məmişov küçədə sahibsiz itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb, gözünə xəsarət yetirib. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Uşağa dərhal quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib. Hazırda müalicəsi davam etdirilir.


Bu kimi faktlar günü gündən artmaqdadır. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınır və ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsidir.

Bu il fevral ayının 15-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində "Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində, eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır.

Görülən işlərə baxmayaraq hələ də sahibsiz itlərin artımı və yaratdığı təhlükə qalmaqdadır. Aidiyyəti qurumlar məsələnin kökündən həlli üçün əlavə tədbirlər görməlidirlər. Müxtəlif mənbələrin məlumatına görə hazırda paytaxtın ərazısındə 600 mindən çox sahibsiz it var və onların sayı artmaqdadır. Mövcud olan mərkəz tam şəkildə sahibsiz heyvanların yığılmasını təmin edə bilmədiyindən, paytaxtda əlavə mərkəz yaradılması mühüm əhəmiyyət kəsb edir.

Paytaxtda sahibsiz heyvanların artması sakinlərimiz, paytaxta gələn çoxsaylı qonaqlar üçün ciddi təhlükə yaradır. Qəsəbələrdə, yol kənarlarında deyil, şəhərin mərkəzində də sürü ilə gəzən itlərə rast gəlinir. Dənizkənarı Milli Parkın ərazisində, Bayıl və Ağ şəhər Bulvarlarında da belə xoşagəlməz mənzərələrə rast gəlirik. Yemək axtaran, ictimai-iaşə obyektlərinin yaxınlığında dolaşan sahibsiz heyvanlar istirahət mərkəzlərində dincələn vətəndaşlar, xüsusən də azyaşlı uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilir. Axşam saatlarında, işıqlandırmanın zəif olduğu məhəllədaxili yollarda sahibsiz itlərin qorxusundan insanlar evdən çıxmağa ehtiyat edirlər. Heç kim sahibsiz itlərin hücumundan sığortalanmayıb və bu insanlarımızın saqlamlığına açıq-aşkar təhlükədir. Məsələ burasındadır ki, özünü heyvanların müdafiəçisi adlandıran bir qrup qadın Ağ şəhər rəsmilərinin xahişilə Bulvara dəvət edilən "Toplan” sahibsiz itlərə qayğı mərkəzinin işinə mane olub.



Amma o qadınlar unudurlar ki, qonşu ölkələr, eləcə də Avropanın heç bir paytaxt şəhərində küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi il bağlı məsələləri operativ şəkildə həll edir. Hətta belə bir hal da mövcuddur ki, bəzi illərdə həddən artıq çoxalmış canavarların öldürülməsi ilə bağlı tədbirlər görülüb. Bəs biz nəyi gözləyirik, gözləyirik ki, Binəqədidəki hadisə başqa yerlərdə də baş versin, uşaqlar, böyüklər ziyan çəksin?!

Şəhərin sahibsiz heyvanlardan təmizlənməsi üçün dövlət qurumları ciddi tədbirlər görməlidirlər. Bu işlərdə adi vətəndaşlar da onlara kömək göstərməlidirlər. Burada isə əksinə olaraq bəzi vətəndaşlar sahibsiz heyvanları küçələrdən yığan şəxslərə mane olur, hansı səbəblərdənsə Balaxanıdakı Mərkəzin işini pozmağa çalışırlar. Onlar başa düşmürlər ki, xəstə, sahibsiz heyvanlar övladlarımız, elə özümüz üçün ciddi təhlükə mənbəyidir. Təəssüf olsun ki, polis də bu üzdəniraq müdafiəçilərə qarşə sərt tədbirlər görmür. Bəlkə sahibsiz heyvanlarla mübarızədə Avropa ölkələrində olduğu kimi onların öldürülərək sayının kəskin azaldılmasına nail olmaq lazımdır. Bəlkə bu yolla şəhərimizi sahibsiz itlərdən azad etmək mümkün olsun.

Qəribədir, ölkəmizdə itlərib öldürməyə icazə vermirlər, amma itin övladlarımızı öldürməsinə göz yumurlar! Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələyə biganə yanaşmayacaqlar...

Son xəbərlər

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031