Xəbərlər
18.05.2019, 18:26
Türkiyədə xüsusi əməliyyat: 600-dən çox saxlanılan var
Türkiyənin bütün əyalətlərində keçirilən xüsusi əməliyyatlar nəticəsində 655 nəfər saxlanılıb.
Turaztv.az Trend-ə istinadən bildirir ki, əməliyyatlar qeyri-qanuni qumar oyunlarının təşkilatçılarına qarşı keçirilib.
Əməliyyatlara 6,9 min polis əməkdaşı cəlb edilib. Əməliyyat zamanı həmçinin 1 kiloqramdan artıq narkotik və 8 ədəd odlu silah aşkarlanıb.
Qeyd edək ki, Türkiyədə 1996-cı ildən bir sıra qumar oyunları qadağan edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay