Azərbaycanda pensiya 27,8 faiz artıb

“Dövlət sektoru üzrə 925 min, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunması təmin edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

S. Babayev qeyd edib ki, nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb. Daha pozitiv məqam kimi onlardan 94 minə yaxını özəl sektorun payına düşür. Bu dövr ərzində ölkə üzrə əmək haqqı fondu 8 faiz, özəl sektorda əmək haqqı fondu isə 12 faiz artıb. 2020-ci ilin 4 ayı ərzində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisə etmiş olsaq, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır. Nazirlik yanında DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz həcmində icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manatlıq ehtiyatı bu sahədə əhəmiyyətli dəstək olub. Aprel ayında da 2,3 milyon şəxsə sosial ödənişlər (o cümlədən, 1 milyon 270 min nəfər pensiya, 418 min nəfər müavinət, 298 min nəfərə təqaüd, 82 min 300 ailənin 342 min üzvünə ünvanlı sosial yardım) aparılıb.

Bu istiqamətlər üzrə əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz və ya 103 milyon manat çox olmaqla 480 milyon manatdan artıq vəsait ödənişi həyata keçirilib. Son bir ayda bu sosial təminat növləri üzrə ödənişlər ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 154 min nəfər çox insanı, 2,3 milyon vətəndaşı əhatə edib. 2020-ci ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12 faiz və ya 31,74 manat artaraq 2020-ci ilin 1 may tarixinə 295,3 manat təşkil edib. 2020-ci ilin 1 may tarixinə yaşa görə pensiyaların orta aylıq məbləği isə 329 manatdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 64,24 manat və ya 27,8 faiz artıb. Bu isə pandemiya şəraitində pensiyaçılarımızın maddi təminatının qorunmasına ciddi dəstəkdir. 2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manata çatıb”.

Son xəbərlər

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Faciəvi şəkildə ölən İbrahimin görüntüsü - FOTO

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Makron: “Qərb ölkələrindən silah tədarükü Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək”

Evdə ayaqyalın gəzməyin!

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapdı

Türkiyədə polis nəfəri bölmədə atəş açıb, yaralananlar var

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

Zaxarova: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

Ali Məhkəmənin hakimi intihar etdi

Prezident onları təltif etdi - Siyahı

İlham Əliyev iki nazirə yeni vəzifə verdi

Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...

Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər

FIFA prezidenti “Qarabağ”ı təbrik etdi

“Azeri Light”ın qiyməti 90 dolları ötdü

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930