Politoloq: Ərdoğanın bu qələbəsi Türk dünyasının müqəddiməsidir
2023-cü ilin ən mühüm yarışması olan bu seçkilərdə sadəcə Ədalət və İnkişaf Partiyası, Türkiyə qazanmadı, bütövlükdə Qarabağ Zəfəri yenidən taclandı, şəhidlərimizin ruhu şad oldu, o torpaqlara sanki yeni nəfəs verildi, Zəngəzur dəhlizinin reallaşmasının önünə keçmək istəyən qüvvələrin arzuları gözlərində qaldı, gözü isə həsrətlə dədə-babalarını gözləyən Türk elləri qazandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

“Rəcəb Tayyib Ərdoğanın dimdik duruşu, imperializmə açıq meydan oxuması, o qüvvələrin önündə itaətkar müttəfiq olmaması idi həmin kəsləri qıcıqlandıran, bu gün isə dərindən sarsıdan. Bu illər ərzində Türkiyəyə “İslam faşizmi”, “aqressiv neottomanizm”, Ərdoğana isə “ekspansionist sultan” kimi ləkələr də yapışmadı. Sadəcə Türkiyəni deyil, geniş bir coğrafiyaya sahib torpaqları məzhəb, bölücülük, savaş meydanına çevirmək istəyən qüvvələr, imperializmi arxasına alan İran, Ermənistan məğlub oldu”, - deyə politoloq vurğulayıb.

Şəbnəm Həsənova bildirib ki, müdrik qərarlar müdrik xalqlara məxsusdur, yalnız müdrik zəkaya malik xalq uzunmüddətli hədəflərə fokuslanır, dövlət etikası, ən əsası da yalnız qədim dövlətçilik ənənəsinə malik xalqın iradəsi bunu tələb edir, məhz bunu da şərtləndirir. Odur ki, bir olan xalq öz qərarını verdi. Potensial məğlubiyyət xülyaları fonunda Türk diskursu qalib gəldi: “Bayram isə bayrama qarışıb! Müstəqilliyimizin 105-ci ili, Laçınımızı məhz bugünkü məkrli qüvvələrin ovaxtkı ayaq tozları vasitəsilə bizdən qopararaq torpaqlarımıza soyu bəlli olmayan kəslərin yerləşdirilməsini dayandırıb, yeni bir Laçın quraraq soydaşlarımızın əzəli torpaqlarına dönməsi, seçkilərdə ədalətin, inkişafın, Ərdoğanın, Türk dünyasının qalibiyyəti!”.

Politoloq qeyd edib ki, 105 il öncə müsəlman Şərqində ilk demokratik respublika quran xalq bu gün də demokratiyanı dar mənada müəyyən edilmiş maraqlar ilə eyniləşdirənlərə demokratiyanın əslində nə olduğunun dərsini keçdi. İlk növbədə, milli maraqlar deyərək türk xalqını heç bir qüvvənin qarşısında heç bir mənada aşağı görməyin mümkünsüzlüyünü göstərdi, məhz sübut etdi.

Digər seçim xalq üçün pis ilə qorxunc arasında öz xeyirlərinə görə manevr edərkən, Ərdoğan yaxşı və ən mükəmməl vədini nəinki xalqın xeyrinə Türkiyəyə vəd etdi, eyni zamanda, bölgəni terrordan, separatizmdən, yoxsulluqdan çıxartmağın vədini verdi, birinci seçimin ən alt qrupuna düşmək ssenarisini təsəvvür belə etməyə imkan vermədi.

Bu müddət ərzində “Bir millət, iki dövlət, tək yumruq” oldu bütün türk dünyası, ürəklər tək döyündü, gözlər hədəfdən bir an olsun belə yayınmadı. Seçkilərin nəticəsi məkrli qüvvələrin Türkiyə ilə bağlı narrativinə meydan oxudu. 2023-cü ilin ən mühüm yarışmasında Türk diskursu qalib gəldi. Ərdoğan illər boyu türk maraqlarını müdafiə etməkdə sarsılmaz sadiqlik nümayiş etdirdi. Bu məkrli qüvvələri məyus edən isə beynəlxalq güc balansının dəyişməsi fonunda Ankaranın çağırışları və təsirli addımlarının artması, güclənməsi idi. Məkrli qüvvələr üçün isə Türkiyənin İraq və Suriyaya çevrilməsinin, bu cür planların Türkiyənin maraqlarına zərər vurmasına paralel olaraq regional sabitliyə xələl gətirməsi kimi dağıdıcı əməllərin fərqi yox idi.

“Biz bu gün də birik, biz diriyik, birliyimiz sarsılmazdır! Bu birlik və bu dirilik qarşıdakı 100 il erasında bizi hədəflərimizi çatdıracaq. Buna əminlik verən isə Ərdoğanın regional və qlobal böhranları idarə etmək bacarığının siyasi kursu ilə yanaşı öz xarakterindən irəli gələn naturası olmasıdır.

Atom bombası istehsal etməklə bərabər səviyyəli olaraq açıq görünən siyasətin əksinə olaraq genişmiqyaslı siyasətə həm də milli maraqlara söykənən baxış siyasəti quran Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev qardaşlığı Qarabağı yenidən quracaq, o torpaqlara İslamın nəfəsini yenidən bəxş edəcək. Ermənistan da anlamalıdır ki, böyük sülhü “iqtisadi sülh” vəd edir, məhz bunun özü də erməni toplumunun qurtuluşunu şərtləndirir.

Türkiyənin adını təhlükə, ekspansionizm kimi ifadələrlə bərabər assosiasiya edən qüvvələr bundan sonra da Türkiyənin artan strateji və diplomatik əhəmiyyətini məcbur qalıb izləyəcəklər. Çünki əks ifadələrə Rəcəb Tayyib Ərdoğanın lüğətində yer yoxdur.

Rəcəb Tayyib Ərdoğanın bu qələbəsi Türk dünyasının müqəddiməsidir ki, gələcək nəsillərin minnətdarlığının ifadəsi olacaq”, - deyə politoloq Şəbnəm Həsənova fikrini yekunlaşdırıb.

Son xəbərlər

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Faciəvi şəkildə ölən İbrahimin görüntüsü - FOTO

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Makron: “Qərb ölkələrindən silah tədarükü Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək”

Evdə ayaqyalın gəzməyin!

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapdı

Türkiyədə polis nəfəri bölmədə atəş açıb, yaralananlar var

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

Zaxarova: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

Ali Məhkəmənin hakimi intihar etdi

Prezident onları təltif etdi - Siyahı

İlham Əliyev iki nazirə yeni vəzifə verdi

Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...

Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər

FIFA prezidenti “Qarabağ”ı təbrik etdi

“Azeri Light”ın qiyməti 90 dolları ötdü

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930