Paytaxtın mərkəzi küçələrini klassik avtomobillər bəzəyib: yürüş və sərgi keçirilib- FOTOLAR
Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən “Ford Model A”, ən yeniləri isə 1982-ci ilə aid olanlardır

Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisini təşkil edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

1982-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil paytaxtın mərkəzi küçələri boyu hərəkət edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri yer alıb.

Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən "Ford Model A", ən yeniləri isə 1982-ci ilə aid olanlardır.

Yürüşün marşrutu Heydər Əliyev Mərkəzinin qarşısı, Koroğlu Rəhimov küçəsi, Bakı metropoliteninin “Gənclik” stansiyasının yanı, Dədə Qorqud parkı, Vaqif prospekti-Zorge parkı, Səməd Vurğun küçəsi, Bakıxanov küçəsi-İnşaatçılar prospekti, Hüseyn Cavid prospekti, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi, Nəriman Nərimanov heykəlinin yanı, Mərkəzi Park, Mirzağa Əliyev, Qış Parkı, Heydər Əliyev Sarayı, Rəşid Behbudov küçəsi, Ceyhun Hacıbəyli küçəsi, Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi-Gülarə Qədirbəyova küçəsi, Heydər Əliyev Mərkəzinin qarşısı olub.

Paytaxt sakinləri və qonaqların diqqətini cəlb edən yürüş Bakı küçələrində nostalji hisslər yaradıb. Yürüşün sonunda klassik avtomobillərin sərgisi olub. Tədbirdə klassik avtomobil sahibləri və avtomobil həvəskarları iştirak ediblər.

Avtomobil həvəskarı və şirkətlərin birində işləyən Elçin İbrahimov AZƏRTAC-a müsahibəsində deyib: “1960-cı il istehsalı olan avtomobilim yenidən təmir edilib. Volqa “Qaz-21” markalı nəqliyyat vasitəsidir. Onun dizaynını bacardığımız qədər saxlamışıq. Yalnız mühərrikini, ehtiyat hissələrini və sükanını müasirləşdirmişik. Mən onu gündəlik istifadə etmirəm. Maşınımı ancaq klassik avtomobillərin sərgisi və bu kimi digər tədbirlər zamanı nümayiş etdirmək üçün sürürəm”.

Yürüşdən sonra müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. “Ən qədim avtomobil” nominasiyasında mükafat 1939-cu ilin “Steyr 220” avtomobilinin sahibi Azər Abbasova təqdim olunub. “Məşhurların seçimi” nominasiyasında qalib 1942-ci ildə istehsal edilən “Horch” minik klassik avtomobilinin sahibi Eduard Qurbanov olub.

“Ən rəngarəng retro geyim” nominasiyasında 1-ci yerin sahibi Emiliya Yaqubova, 2-ci yerin sahibi Toğrul Salimov, 3-cü yerin sahibi isə Aslan Səlimov olublar.

“Ən qeyri-adi retro geyim tərzi” üzrə mükafata Nigar Camal layiq görülüb.

Qaliblərə müxtəlif hədiyyələr və pul mükafatları təqdim edilib.

“Ən rəngarəng retro geyim” üzrə müsabiqədə birinci yeri tutan “Səs Azərbaycan” mahnı müsabiqəsinin qalibi, müğənni Emiliya Yaqubova AZƏRTAC-a müsahibəsində öz geyim obrazının ideyası barədə danışıb: “Bu gözəl bayram tədbirinin hər il keçirildiyini bilirdim. Lakin mən bu klassik avtomobillərin yürüşü və sərgisində ilk dəfə iştirak edirəm. Məni bu tədbirə dəvət edəndə ona uyğun geyinməyə çalışdım. Paltarı özüm seçdim və stilistlərlə birlikdə gözəl obraz yaratdıq. Müsabiqədə qalib olduğum üçün xoşbəxtəm. Bu gözəl bayramda mənə iştirak etməyə şərait yaratdıqları üçün Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının rəhbərliyinə, eləcə də bütün təşkilatçılara təşəkkür edirəm.

Ümumiyyətlə, mən klassikanı sevirəm. Sərgidəki klassik avtomobillər məndə xoş təəssürat yaratdı və bu tədbirdən inanılmaz zövq aldım. Mənim obrazım 1960-1970-ci illər dəbinə uyğundur. Elə obraz, geyim və saç düzümü seçmişdik ki, gözəl, cəlbedici alındı və hər kəs onu bəyəndi”.

Müsabiqələrin birində mükafatçılar sırasında yer alan Aslan Səlimov isə müsahibəsində bildirib: “Avtomobilim 1981-ci il istehsalı olan “VAZ-21013” markalı nəqliyyat vasitəsidir. Dövlət Yol Polisinin maşınıdır və hazırda onu antikvar kimi saxlayıram. Sərgi gözəl təşkil edilib. Artıq üçüncü dəfədir avtomobil həvəskarı kimi tədbirə qatılıram. Bu gün 150 iştirakçı arasında üçüncü yer tutduğum üçün məmnunam”.

Bu günü daha yaddaqalan etmək üçün tədbir iştirakçıları və qonaqlara maraqlı əyləncə proqramı da təqdim olunub.

Sonda tədbir konsert proqramı ilə yekunlaşıb.

Son xəbərlər

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Faciəvi şəkildə ölən İbrahimin görüntüsü - FOTO

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Makron: “Qərb ölkələrindən silah tədarükü Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək”

Evdə ayaqyalın gəzməyin!

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapdı

Türkiyədə polis nəfəri bölmədə atəş açıb, yaralananlar var

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

Zaxarova: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

Ali Məhkəmənin hakimi intihar etdi

Prezident onları təltif etdi - Siyahı

İlham Əliyev iki nazirə yeni vəzifə verdi

Pilləkənlərlə qalxmaq ömrü uzadır - Alimlər belə deyir...

Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər

FIFA prezidenti “Qarabağ”ı təbrik etdi

“Azeri Light”ın qiyməti 90 dolları ötdü

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930