Xəbərlər
22.10.2021, 22:46
Veteran cüdoçular arasında keçirilən dünya çempionatında təmsilçimiz bürünc medal qazanıb
Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında komandamız ilk medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Tural Səfquliyev (100 kq) yarışda bürünc medal əldə edib.
Qeyd edək ki, komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.
Oktyabrın 24-dək davam edəcək dünya çempionatında 43 ölkədən 350-dən çox idmançı iştirak edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay