---
13.04.2020, 22:33
Şəmkirdə direktor qəzaya düşdü: ölənlər var
Şəmkirdə VAZ markalı avtomobil yük maşını ilə toqquşub.
Turaztv.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı VAZ zərbənin gücündən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru Vəliyev Eyvaz Nurqələm oğludur. O, avtomobilə sərnişin qismində əyləşib.
Hadisə zamanı habelə daha bir nəfər - Xaqani (soyadı dəqiqləşdirilir - red) adlı şəxs ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay