
Xəbərlər
15.04.2019, 14:01
Lukaşenko: Ərdoğan mənə "qardaş" deyir

Belarus Prezidenti Aleksandr Lukaşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla etimada söykənən münasibətlərindən danışıb.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, A. Lukaşenko Türkiyə Prezidentini öz dostu adlandırdığını bildirib. O deyib: "Mən Ərdoğana dostum deyirəm. Türkiyəli lider isə mənə "qardaş" deyə müraciət edir. Biz demək olar ki, yaxın, doğma insanlarıq. Bir-birimizi başa düşürük, bütün beynəlxaq platformalarda bir-birimizi dəstəkləyirik. Güclü və zəngin Türkiyə ilə çox vacib ölkə olan Belarus arasında çox yaxşı əlaqələr qururuq. Bizim əməkdaşlıq üçün heç bir qapalı mövzumuz yoxdur".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













