Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalını əldə edib
Azərbaycan Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalını əldə edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) finalda Qırğızıstan təmsilçisi Amantur İsmayılov ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən güləşçimiz V İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Son xəbərlər

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bu ürəkdir - FOTO

Vüqar Novruzovun rəhbərliyi ilə Göygöldə milli-mənəvi dəyərlərin təbliği uğurla davam edir

Göygöl rayonunda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib - FOTOLAR

"Anne yarısı"nda daha 7 aktyor - FOTO

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir

İsmayıllıda ağır qəza olub, 3 nəfər ölüb

"Facebook"un işində nasazlıq yarandı

Bütün gözlər onlara çevrilib

“Facebook” və “Instagram” çökdü

Sabahın hava proqnozu açıqlandı

İranda zəlzələ oldu

Messidən finalöncəsi emosional çağırış - Foto

Şəhid övladları Fransada - Fotolar

Şimşək çaxıb, leysan yağıb

Tramp İranın ABŞ ilə Anlaşma Memorandumunu dayandırmasından narahat deyil

BƏƏ Yaxın Şərqdəki gərginliyin dərhal dayandırılmasına çağırıb

DÇ-da üçüncü yer mübarizəsi - İngiltərə erkən qol vurdu

SÖZÜN KÖLGƏSİNDƏ YAŞAYAN ADAM - FOTO

46 yaşlı qadın qızdırmadan öldü

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Azərbaycan 6 ayda 24 milyard 661 milyon dollar dəyərində ticarət əməliyyatı apardı

44 gün enerji saxlayan "ƏBƏDİ TELEFON" - "iPhone 16 Pro"nu geridə qoyacaq

Ürək sağlamlığı üçün 1 nömrəli qəlyanaltı

Bakıda 33 dərəcə isti olub - FAKTİKİ HAVA

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031